Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatdan məktəb formaları və dərsliklərlə bağlı sərt tənqid...

Fazil Mustafa: Məktəbli formaları pulsuz paylanmalıdır...

“Həm dərslik nəşri, həm də məktəbli formaları ayrı-ayrı imtiyazlı şəxslərin inhisarındadır. Ona görə də vətəndaşdan pul qoparmaq üçün min hoqqa çıxarırlar”.

PİA.az xəbər ve­rir ki, bu fikirləri millət vəkili Fazil Mustafa deyib. Deputat qeyd edib ki, məktəbli forması bir neçə məmurun sexində istehsal olunur və üzərinə istədiyi qiyməti yapışdırırlar:

“Dərslik pulsuz verilir, nə olsun? Üzərində on-on beş yardımçı kitabı da almalısan ki, kimlərsə pul qazansın? Məcburən yalnız yükü olub məzmunu olmayan bu qədər kitab aldırarlar? Üstəlik, bu dərslikləri niyə may ayında yığırsınız? Uşaq bəlkə üç ay təkrar edəcək kitabları? Onsuz da dərslər mənasız yerə sentyabrın 15-i başlayır, sentyabrın 1-də yığsanız, dünya dağılar? Çox vətəndaş uşağının təhsil alması naminə artıq kitab-dəftərlərə pulu boğazından kəsib ödəyir. Məktəbli forması isə başdan-ayağa hoqqabazlıqdır.

Hamı tökülub inhisarçıdan baha qiymətə forma almağa. Unutmayaq ki, bu forma çox uşaq üçün bir il işə yarayır. Təhsilin keyfiyyətinə diqqət yetirmək lazımdır, formasına deyil. Təklifim budur ki, müvafiq icra hakimiyyəti məktəbli qızlar və oğlanlar üçün ən azı 10 çeşid alternativ geyim formaları təqdim etsin. Qoy bir məktəbdə on çeşid bir-birinə yaxın forma olsun, təki valideyn onu rahat əldə etsin. Hələ bir neçə uşağı məktəbə gedən valideynlərin halını təsvir etmirəm. Bəlkə elə valideyn var ki, forma almağa imkanı yoxdur, özü evdə tikib uşağa versin. Bütün hallarda alternativ çox olanda qiymət də münasib olur. Əslində dövlət formanı pulsuz təmin etmənin yollarını tapsa, yaxşı olardı. Yüz yerdə mənasız israfımız var, təhsildən hər yayındırılan vəsait küçədə bir cahilin, bir narkomanın sayının artması deməkdir. Bu ölkə onsuz da cahilliyə məğlub olmağa doğru gedir”. (bakupost.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hürriyət: ABŞ Türkiyə ilə sərhəddə "kiçik İsrail" yaradır...

Sümbülə Əliyeva: "Öz yerimə təyin etdiyim şəxs bütün sənədləri saxtalaşdırıb"

Rusiya Paşinyanla açıq müstəvidə mübarizəyə keçir?

Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alırlar?

Natiq Cəfərli: Çörəyin qiymətində artıma gediləcək...

Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə gilas ziyandır?

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşib

İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib - Yenilənib

Xamenei amerikalı tələbələrə müraciət edib, Mayk Conson cavab verib

Baqrat Srbazan: "Paşinyanla həbsxanada görüşəcəyəm"

Hazırkı müxalifətin Paşinyanı devirmək üçün resursları yetərlidir?

Ən çox oxunanalar