Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan yenə sarsaqladı - Ermənistan lideri müharibəyə istəkli olmaqla nəyə can atır?..

Paşinyan bu gün hökümətin iclasında bildirib ki, Azərbaycan Üçtərəfli Bəyanatı pozub və sənəddəki 3 bənd yerinə yetirilməlidir...

Politoloq: “Ermənistanın baş naziri özünü təlxəkliyə qoyub və Üçtərəfli Bəyanatda “sülhməramlıların bölgəyə girişi ilə eyni vaxtda bölgəni erməni hərbi birləşmələri tərk etməlidirlər” cümləsini qulaqardına vurur”.

“Nikol Paşinyanın “Zəngəzur dəhlizi”ni açmağa Ermənistanın hazır olduğu bəyanatı isə indiki halda ciddi deyil. Dünən Müdafiə Nazirliymiz bir daha əsas tələbin nədən ibarət olduğunu söylədi”.

Bu sözləri politoloq Zaur Məmmədov Ermənistanın baş nazirinin bu günkü çıxışını PİA.az-a şərh edərkən qeyd edib.

Paşinyan bu gün hökumətin iclasında çıxış edəndə bildirib ki, Azərbaycan Üçtərəfli Bəyanatı pozub və sənəddəki 3 bənd yerinə yetirilməlidir. Bunlar Laçın dəhlizinin açıq olması, “Dağlıq Qarabağ” ərazi vahidi qəbul edilməsi və Azərbaycanla “Dağlıq Qarabağ” arasında “sərhəd xətti tanınmasıdır”. Paşinyan eyni zamanda qeyd edib ki, Qarabağda Ermənistan silahlı qüvvələri yoxdur, “Dağlıq Qarabağ”ın özünümüdafiə qoşunları var.

Aydın məsələdir ki, Ermənistan baş nazirinin hökümət iclasında gah "Azərbaycan 9 noyabr bəyanatını ləğv etməyə çalışır, Qarabağda Ermənistan Silahlı Qüvvələrinin hərbçisi yoxdur" deməsi Azərbaycanı kollektiv Qərb qarşısında çətin durumda qoymaq istəyidir. Həmçinin sülhməramlıların məsuliyyətinin artırılmasını təklif etməsi, onların mandatının Rusiya ilə Ermənistan arasında imzalanan sənədə görə müəyyənləşdirilməsi, Qarabağdakı çətin vəziyyətin sülhməramlıların fəaliyyəti ilə bağlaması Paşinyanın məsuliyyəti növbəti dəfə başqalarının, xüsusən də Moskvanın üstünə atmaq cəhdindən başqa bir şey deyil. Ancaq məsələ ondadır ki, Paşinyan və onun timsalında bütün ermənilər özlərini aldadır və reallıqdan qaçmağa çalışırlar. Sanki erməni cəmiyyəti yuxudadır və reallığı onlar üçün dəhşətli olan mənzərəsindən qaçmağa çalışırlar və bu yuxudan ayılmamaq üçün hər şeyi edirlər. Halbuki real vəziyyət ermənilərin gördükləri yuxudan qat-qat fərqlidir.

Bəs normal orduya belə sahib olmayan Ermənistan lideri belə bəyanatlarla nəyə nail olmağa çalışır? Digər tərəfdən Üçtərəfli Bəyanatın fərqli şəkildə yozulmaları prosesləri haraya aparırır?

Paşinyanın bu günkü bəyanatlarını PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Ermənistan liderinin bu absurd çıxışı ondan xəbər verir ki, Nikol Paşinyan 2018-2020-ci illərdə olduğu kimi yeni müharibənin başlanmasına doğru öz yolunu seçib və bu dəfə onun üçün və ölkəsi üçün hər şey qat-qat fəlakətli ola bilər”.

Paşinyanın yenə nələrisə səhv saldığını bildirən politoloq vurğulayıb ki, Paşinyan bilməliydi ki, Qarabağ Azərbaycan ərazisi olduğundan sülhməramlıların missiyasının İrəvan tərəfindən qəbul edilməsinin heç bir hüquqi əsası yoxdur:

Ermənistanın baş naziri özünü təlxəkliyə qoyub və Üçtərəfli Bəyanatda “sülhməramlıların bölgəyə girişi ilə eyni vaxtda bölgəni erməni hərbi birləşmələri tərk etməlidirlər”, cümləsini qulaqardına vurur. Ermənistan liderinin bu günkü absurd çıxışı ondan xəbər verir ki, Nikol Paşinyan 2018-2020-ci illərdə olduğu kimi yeni müharibənin başlanmasına doğru öz yolunu seçib və bu dəfə onun üçün və ölkəsi üçün hər şey qat-qat fəlakətli ola bilər.

Yeri gəlmişkən, Nikol çıxışı zamanı dünən və ondan qabaq ordumuzun lazım olan məntəqələri tutduğuna görə rus sülhməramlılarını ittiham edib. O, bildirib ki, Ermənistan sülhməramlıların bölgəyə gəlişini hüquqi müstəvidə qəbul edib, ancaq Azərbaycan bilərəkdən onların Qarabağdakı fəaliyyətini leqallaşdırmayıb. Paşinyan deyəsən yenə nələrisə səhv salır. Paşinyan bilməliydi ki, Qarabağ Azərbaycan ərazisi olduğundan sülhməramlıların missiyasının İrəvan tərəfindən qəbul edilməsinin heç bir hüquqi əsası yoxdur.

Nikol Paşinyanın “Zəngəzur dəhlizi”ni açmağa Ermənistanın hazır olduğu bəyanatı isə indiki halda ciddi deyil. Dünən Müdafiə Nazirliymiz bir daha əsas tələbin nədən ibarət olduğunu söylədi”.

Qeyd edək ki, Ermənistanın baş naziri bu gün hökümətin iclasındakı çıxışında bildirib ki, Azərbaycandan Naxçıvana gedişi bu gün belə təmin edə bilər. Lakin “Zəngəzur dəhlizi”nin Ermənistandan keçən hissəsi tikilmədiyi və bərpa olunmadığı üçün Nikol Paşinyanın bu bəyanatı sadəcə gülüş doğura bilər və bu bəyanat bir daha Ermənistanın nə qədər etimada layiq olmayan bir qeyri-ciddi tərəfdaş olduğunu göstərir.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay