Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aşura günü qanvermə aksiyası keçiriləcək

“Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və s. şəriətə görə icazəli deyildir. Son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi isə ən münasib əzadarlıq nümunələrindən biridir”.

Bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Məhərrəm ayının başlaması ilə əlaqədar müraciətində yer alıb.

“Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara həyat bəxş edəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb-saytında (www.qafqazislam.com) yerləşdiriləcək”, - deyə qeyd olunub.

Qeyd edək ki, Məhərrəmlik ayı ilə əlaqədar Aşura günü, avqustun 8-də Azərbaycanda qanvermə aksiyası keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Bayden İsrailin HƏMAS-a etdiyi təklifinin təfərrüatlarını açıqlayıb

1 milyondan çox vergi borcu olan şirkət 15 gündə 4 tender müqaviləsi imzalayıb - Foto

Çox uğurlu 10 gün başladı: Pul da var, eşq də...

Ən çox oxunanalar