Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başlayıb

Lider mobil operator uşaq evinin sakinlərində mütaliəyə həvəs yaradır...

Azercell Telekom” MMC-nin təşkilatçılığı, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin və “S.E.N.S.U.M by Amapola” şirkətinin dəstəyi ilə 3 saylı uşaq evi sosial xidmət müəssisəsində tərbiyə alan 6-10 yaşlı bir qrup uşaq üçün tədbir baş tutdu. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə həyata keçirilən layihə balacalara bayram əhvali-ruhiyyəsi yaşatmaqla yanaşı, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması, nitq və yaradıcılıq qabiliyyətinin inkişafı, ümumilikdə təhsilə həvəsin artırılmasına yönəlik xüsusi proqramla yadda qaldı.

Belə ki, uşaqlar tədbirin xüsusi qonağı İctimai Televiziya və Radionun aparıcısı Fatehin təqdimatında Yusif Vəzir Çəmənzəminlinin “Əziz” və Əli Vəliyevin “Eyvazın yazısı” əsərləri ilə tanış oldular. Görüşdə balacalar üçün maarifləndirici oyunlar da təşkil edildi. “Azercell” tərəfindən həm tədbirdə iştirak edən, həm də adıçəkilən müəssisədə məskunlaşan digər uşaqlara hədiyyələr paylanıldı. Səsləndirilən kitablar “Bookmate” və “Litres” proqramlarına da yüklənildi.

Xatırladaq ki, mədəni irsin qorunub saxlanmasına yönəlik təşəbbüs və layihələrə xüsusi önəm verən “Azercell” “Kitab Klubu” layihəsi çərçivəsində silsilə tədbirlər həyata keçirməyi planlaşdırır. Tədbirlər müxtəlif yaş kateqoriyasına aid auditoriyanı əhatə edərək həm böyüklər, həm də balacalar üçün təşkil olunacaq. Layihə çərçivəsində regionlarda fəaliyyət göstərən uşaq evləri də ziyarət ediləcək.

 

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar