Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: "Boris Conson NATO-nun Baş katibi ola bilər"

Böyük Britaniyanın istefa vermiş Baş naziri Boris Conson NATO-nun yeni Baş katibi ola bilər.

“Report” bildirir ki, bunu Britaniyanın “The Telegraph” nəşri yazıb.

“İstefadan sonra çətin ki, Conson yüksək vəzifədə olmasın. Xüsusilə onun güclü liderlik keyfiyyətlərini, Ukraynaya verdiyi ciddi dəstəyi nəzərə almaq lazımdır”, - məqalədə qeyd olunub.

Britaniya Müdafiə Komitəsinin üzvləri də B.Consonun NATO-nun Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsini dəstəkləyir.

Britaniya Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Riçard Dannar isə hesab eidr ki, B.Conson istefasını elan etdiyi üçün ətrafında yaranan qalmaqallar siyasətçiyə olan inamı sarsıda bilər. O, B.Consonu şəxsi keyfiyyətlərinə görə NATO-nun Baş katibi kimi görmür, lakin Ukraynaya dəstəyini fantastika kimi qiymətləndirir.

Nəşrin Britaniya Müdafiə Nazirliyindəki mənbəsi isə B.Consonun Alyansın Baş katibi vəzifəsinə təyin olunmasına şübhə ilə yanaşır. Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, Fransa Prezidenti Emmanuel Makron belə bir təyinata veto qoya bilər: “Reallıq budur ki, NATO rəsmiləri yekdil qərarla təyin olunur. İstənilən ölkə buna veto qoya bilər".

Qeyd edək ki, hazırda NATO-nun Baş katibi Yens Stoltenberqdir. Norveçli diplomat bu vəzifəyə 2014-cü ildə təyin olunub. Bu il martın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə əlaqədar olaraq NATO-ya üzv ölkələr Y.Stoltenberqin 2023-cü il sentyabrın 30-dək bu vəzifədə qalmasına qərar veriblər.

Xatırladaq ki, Boris Conson iyulun 7-də istefa verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay