Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının artımına səbəb olan faktorları açıqlayıb

Azərbaycan iqtisadiyyatının ilk 6 ayda nümayiş etdirdiyi artım templəri ürəkaçandır.

PİA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu ilin I yarısında Azərbaycan iqtisadiyyatının 6,2 %, qeyri-neft sektorunun isə 9,6 % artması həqiqətən sağlam iqtisadi artımdır: "Çünki il ərzində müxtəlif iqtisadiyyatların artım templəri ilə bağlı proqnozların azaldılmasının şahidiyik. Ancaq Azərbaycanın timsalında bu proses əksinə baş verir və bütün aparıcı reytinq agentlikləri, dünya təşkilatları Azərbaycan iqtisadiyyatının ilk 6 ayda nümayiş etdirdiyi templərə əsaslanaraq bu proqnozları artırır".

Nazir qeyd edib ki, hazırda dünya iqtisadiyyatında birmənalı proseslər baş vermir: "Ümumilikdə fraqmentasiya prosesini izləyirik. Bir sözlə vahid, son illərdə oturuşmuş sistemin müxtəlif regionlar əsaslı, müxtəlif ölkələrin, iqtisadiyyatların arasının açılmasını izləyirik.

Bu, həm qida məhsullarının, həm də enerji daşıyıcılarının qiymətinin artması fonunda baş verir. Bu 2 amil bütün dünyada istehlakçılar, vətəndaşlar tərəfindən hiss edilən prosesdir".

O vurğulayıb ki, bütün bunlara pandemiya dövründə cənab Prezidentin nəzarəti ilə hökumətin atdığı addımların bütövlüyü və ardıcıllığı, ikinci isə iqtisadi və struktur islahatlarının nəticələri, üçüncüsü, böyük blok kimi dövlət müəssisələrinin idarə edilməsi və daimi yaxşılaşan biznes mühiti kimi faktorlar səbəb olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

İcra başçısının xanım müavini işdən çıxarıldı

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay