Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəqsanə Zauru müdafiə etdi: "Bizim axırımız hara gedir?"

"Zaur Kamalın efirdən cənubi azərbaycanlı müğənni Afşin Azərini qovması insanlarda ona qarşı qıcıq oyatdı".

Bu sözləri Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova ifaçı qızı Aysun ilə sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.

Sənətçi Zaur Kamalın hərəkətlərinin düzgün olmadığını söyləyib, ona məhkəmə qursa da, daha sonra fikirlərində aparıcını müdafiə edib.

"Zaur dostumuzdur. İllərin peşəkar aparıcısıdır. Bu həyatda səhvsiz insan var? Ola bilər ki, hansısa səbəblər var ki, bu hadisə baş verdi. Ağzınıza gələni yazıb, deyirsiz. Biz niyə bu qədər aqressivik? Bizim axırımız hara gedir? Özümüzü niyə bu qədər biabır edirik?".

R.İsmayılova həmçinin oğlu Muhammedin kiçik toyuna media nümayəndələrinin çəkiliş aparmasına qarşı çıxaraq, bu məsələyə belə aydındlıq gətirib.

"İyulun 25-i oğlumun kiçik toyuna mətbuatı məclisə buraxmayacağam və qonaqlarımın da hamısına xəbərdarlıq edəcəyəm. Bu fikri heç kimdən götürməmişəm, özüm də buna qarşı deyiləm. Sadəcə elə qonaqlarımız var ki, onlar məclisə gəlməyə çəkinirlər. Çoxları iş, dövlət adamlarıdır. Deyirlər ki, niyə övladlarımızı çəkib, sosial şəbəkələrdə paylaşmalıdırlar?!".

Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı dörd övladı var. (Bizim.Media)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əməkdar artist vəfat edən xanımından danışdı

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Ən çox oxunanalar