Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quterreş: "Bu il qida çatışmazlığı ilə üzləşən insanların sayı 47 milyona çata bilər"

“Ukraynada müharibənin təsirləri 2022-ci ildə qida çatışmazlığı ilə üzləşən insanların sayını 47 milyon nəfərə çatdıra bilər”.

Bunu BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında deyib.

Quttereş bildirib ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) hesabatına görə, müharibənin ərzaq təhlükəsizliyi, enerji və maliyyəyə təsiri sistemlidir.

Baş katib əlavə edib ki, Rusiyanın Ukraynaya hücumundan üç ay sonra dünya yeni reallıqla üz-üzədir və mövcud böhran bütün ölkələrə təsir edəcək: “Ərzaqdan ciddi şəkildə məhrum olan insanların sayı son illər iki dəfə artıb. Dünyada hər beş işçidən üçü pandemiyadan əvvəlkindən daha az maaş alır. Müharibə görünməmiş aclıq və yoxsulluq dalğası ilə təhdid edir, sosial və iqtisadi xaos yaradır. Ərzaq qiymətləri demək olar ki, rekord həddə çatıb. Gübrə qiymətləri iki dəfədən çox artıb”.

Quttereş qeyd edib ki, enerji qiymətlərinin artması dünyanın bir çox yerlərində yanacaq çatışmazlığına səbəb olub.

Onun sözlərinə görə, mövcud vəziyyətin qarşısının alınmasının yeganə çıxış yolu Rusiyanın Ukraynaya müdaxiləsinə son qoyulması, məsələnin beynəlxalq hüquq və BMT nizamnaməsinə uyğun olaraq siyasi həll yolunun tapılmasıdır.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Ən çox oxunanalar