Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bədii Gimnastika üzrə 6-cı Bölgələrarası Kubok yarışı"na yekun vurulub  

İyunun 4-ü və 5-də ilk dəfə olaraq Tərtər Olimpiya İdman Kompleksində keçirilən "Bədii Gimnastika üzrə 6-cı Bölgələrarası Kubok yarışı"na yekun vurulub.

6-cı Bölgələrarası Kubok yarışında “Zirvə” İK, Sumqayıt OİK, Kürdəmir, Gəncə, Kür, Şirvan, Masallı, Zaqatala, İsmayıllı, Ağdaş, Göyçaydan 31-i fərdi, 4-ü isə qrup komandası olmaqla, ümumilikdə 44 gimnast qüvvəsini sınayıb.

İdmançılar fərdi (balacalar – 2012-2014-cü il, yeniyetmələr - 2010-2011-ci il, gənclər - 2007-2009-cu il) və qrup hərəkətləri proqramında (balacalar – 2012-2014-cü il) çıxış ediblər.

Fərdi gimnastlar çoxnövçülükdə, qrup hərəkətləri proqramında mübarizə aparan idmançılar isə həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə öz aralarında qalibləri müəyyənləşdiriblər.

Mükafatlandırma mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak edərək qalib idmançılara Federasiyanın medal və diplomlarını, eləcədə rayon icra hakimiyyətinin qiymətli hədiyyələrini təqdim edib.

Sonda iştirakçılarla xatirə şəkli çəkilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Ən çox oxunanalar