Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şuşa ili”nin sədaları...

Azərbaycanın 44 günlük Vətən Müharibəsində möhtəşəm tarixi qələbəsi xalqımızın birliyini, gücünü, qüdrətini, hansı imkanlara malik olduğunu bütün dünyaya çatdırdı. Eyni zamanda bütün dünya gördü ki, artıq keçmiş problem olan Qarabağ “düyünü” Azərbaycan üçün milli qürur məsələsidir. Ümummili Liderimiz Heydən Əliyev illər öncə Şuşanın Azərbaycan xalqı üçün necə dəyərli olduğunu vurğulayaraq demişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.

Əsası Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri bu gün bütün dünyanın diqqətini özünə cəlb edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi Qarabağ torpağının əsl sahibinin Azərbaycan xalqı olduğunu bir daha bütün dünyaya bəyan olundu.
Qarabağın tacı, qədim tarixə malik olan Şuşa şəhəri Azərbaycan mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir.

Şuşa əsrlərdən bəri “Azərbaycanın musiqi beşiyi”, “Şərqin konservatoriyası” adlandırılıb. Şuşa Azərbaycana, eləcə də dünyaya alimlər, içtimai xadimlər, sənət adamları bəxş edib. Burada dahi bəstəkar Üzeyir Hacıbəyovun əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub.

2022-ci ilin “Şuşa ili” elan edilməsilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Xırdalan şəhər Mədəniyyət Mərkəzində tədbir keçirildi.
Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Abşeron Rayon İcra Hakimiyyəti başçısınin müavini Gülnar Rəhimova tədbiri açaraq Şuşa şəhərinin tarixindən, mədəniyyətindən və möhtəşəm zəfərimizdən danışdı. Qeyd etdi ki, Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa öz zəngin təbiəti, qədim abidələri, Cıdır düzü, Şuşa mağarası, Gövhərağa məscidi ilə məşhurdur.
28 il işğal altında saxlanılan qədim Şuşanı erməni vandalları nə qədər dağıtmağa çalışsa da, şəhər öz qədimiliyini, tarixini qoruyub saxlaya bilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti, rəhbərliyi və xalqımızın birliyi ilə tarixən Azərbaycan torpağı olan Qarabağ düşməndən azad edildi. Bu gün azad edilmiş torpaqlarımızda quruculuq, abadlıq işləri gedir. Qədim yurd yerlərimiz, həmçinin Şuşa şəhərinin öz əvvəlki görkəmi özünə qaytarılır. ŞuşaAzərbaycanın mədəniyyət paytaxtı” elan edilib.
Sunqayıt Regional Mədəniyyət idarəsinin rəisi Rəşad Əliyev öz çıxışında bildirdi ki, Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa Üzeyir Hacıbəyovun, Xan qızı Natəvanın, Bülbülün, Xan Şuşinskinin və bir çox sənət adamlarının vətənidir. Bir vaxtlar Azərbaycana köçürülən ermənilər bu torpaqlara sahib çıxmağa çalışmışlar, odur ki, zaman-zaman tarixi torpaqlarımızda azərbaycanlılara qarşı soyqırım törədərək, eyni zamanda tariximizi, mədəniyyətimizi də silməyə çalışıblar. Şuşa da da belə vandallığa məruz qalıb. Burada da bir çox memarlıq abidələri, dahi sənətkarların ev muzüyləri, heykəlləri dağıdılıb.

Azərbaycanın mədəniyyət beşiyi olan Şuşadan bu gün yenə də milli musiqimizin sədaları bütün dünyaya yayılır.

Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Zeynalov da öz çıxışında Şuşanın sənət adamlarından söz açdı.

Rəsmi hissədən sonra Xırdalan şəhər Mədəniyyət Mərkəzində Xırdalan şəhər 11 illik Musiqi məktəbinin direktoru İkram Manafovun rəhbərliyi ilə məktəbinin müəllim və şagird kollektivinin “Əziz Şuşa, sən azadsan” adlı konserti baş tutdu.

Konsert şagidlərdən ibarət xorun ifasında “Abşeron” mahnısı ilə başladı. Məktəbin Şagirdlərindən ibarət Orkestri dahi bəstəkar Üzeyir Hacıbəyovun musiqiləri səsləndirildi. Məktəbin müəllim və şagirdlərinin ifasında “Şuşanın dağları”, “Qarabağ şikəstəsi”, kompozisiyalar təqdim olundu. Aşıqlar, nağaraçı qrupları da şən, milli havalarla, ritmlərlə çıxış etdilər.

Şəhla Ağbulud

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Bloqer Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxılıblar

Lənkəranskidən "oğru" adını almaq istəmişdi - Cinayət aləminin liderinə ömürlük cəza

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib “Qarabağ” qoydu

Ən çox oxunanalar