Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbovun göyərti biznesi taksi sürücülərini çörəksiz qoyub: Biznesə Ali Məclisin rəsmisi nəzarət edir

Sədərək gömrük məntəqəsi Türkiyəyə getmək istəyən naxçıvanlılara bir neçə gündür yeni qayda tətbiq edib. Bu qaydaya əsasən, gömrükdən keçən hər bir şəxs, əlində minimum 40 dəstə göyərti aparmalıdır”.

PİA.az xəbər verir ki, bu iddia “Gündəlik Naxçıvan” adlı Facebook səhifəsində ortaya atılıb.

Səhifənin iddiasına görə, əgər şəxs qonşu ölkəyə avtomobillə gedirsə, göyərti dəstə ilə yox, kilo ilə hesablanır: hər avtomobil 40 kilo.

Bu qaydaya əməl etməyənlər sərhəddən buraxılmır. Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, yerli hakim ailəyə məxsus olan göyərtilər Türkiyəyə keçmək istəyənlərə Sədərək gömrüyün qapısında paylanır.

Bu prosesə Naxçıvan Ali Məclisinin Qəbul Şöbəsinin rəhbəri Rəşad Babayevin rəhbərlik etdiyi bildirilir. Sakinlərin sözlərinə görə o, Talıbovların göyərti biznesinə nəzarət edir.

Taksi xidməti ilə məşğul olan Kəngərli rayon sakini Niyaz Mahmudov deyir ki, gömrükdən keçirməyə məcbur olduqları göyərtini, Rəşad Babayevin adamları Türkiyə tərəfdə onlardan təhvil alıb, böyük maşınlara yükləyirlər:

“Hər il bu vaxt Türkiyədə göyərti bahalaşır. Naxçıvandan aparıb, orada satmaq sərf edir. Ötən illər Naxçıvanın göyərti monopoliyası yük maşınları ilə bir dəfəyə tonlarla göy aparıb, müxtəlif şəhərlərdə satırdılar. Bu il nədənsə, Türkiyə tərəfi göyərti üçün 40 kiloya kimi məhdudiyyət qoyub. Bunlar da bu hiyləyə əl atıb, mallarını bizim əlimizlə keçirirlər. Belə qayda olmaz axı. Mən avtomobillə gedirəm ki, sərnişin daşıyam, ailəmi saxlamaq üçün çörəkpulu çıxaram. Gömrükdə isə deyirlər ki, ya 40 kilo göyərti aparmalısan, ya da buraxmırıq. Məcbur olub, müştərinin birini düşürüb, onların göyərtisini aparırıq. Müştəri itirdiyimə görə, hər dəfə ən az 30-50 manat arası ziyana düşürəm”.

Şərur rayon sakini Səkinə Hüseynova deyir ki, hər il yaz açılanda həyətdə becərdikləri göyərtini Türkiyəyə aparıb satır, bu pula isə evə ərzaq alıb gətirirmişlər. Yeni qayda onların bu dolanışığını da əllərindən alıb:

“İndi deyirlər ki, yalnız biz verdiyimiz göyərtini keçirə bilərsiniz. Öz göyərtilərimizə qadağa qoyublar. Hər il yazda uşaqlarımız gözünü dikirdi ki, gedib göyərtimizi satıb, Türkiyədən toyuq, ət, şirniyyat, ərzaq alıb gətirəcəyik. Bu il ona da imkan vermədilər. Uşaqların ahı onları tutacaq. Cüzi dolanışıq çıxan hər şeyi əlimizdən alırlar. Bu qədər Naxçıvan əllərindədir, yenə gözləri doymur”.

Məsələyə münasibət öyrənmək üçün Sədərək Gömrük İdarəsi ilə əlaqə saxladıq. İdarədən Türkiyəyə aparmaq üçün sakinlərə göyərti təklif edildiyini təsdiqsələr də, bunun məcburi olmadığını bildirdilər.

Sakinlərin iddiaları ilə bağlı Naxçıvan MR Ali Məclisindən münasibət öyrənmək mümkün olmadı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Ən çox oxunanalar