Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan jurnalist təşkilatları Rusiyanın dövlət qurumlarına və beynəlxalq media ictimaiyyətinə müraciət edib

Azərbaycan jurnalist təşkilatları Rusiyanın əlaqədar dövlət qurumlarına və beynəlxalq media ictimaiyyətinə müraciət edib.

PİA.az müraciət mətnini təqdim edir:

"Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ( Roskomnadzor) Azərbaycanın populyar və peşəkar KİV-lərindən olan “Oxu.az” xəbər portalının Rusiya Federasiyası ərazisində yayımına blok qoyub. Bu qərar saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən verilib. Bir müddət öncə isə analoji qərar Azərbaycanda fəaliyyət göstərən digər rusdilli saytlar- "Haqqin.az" və "minval.az" saytları- barədə verilib. Növbəti günlərdə siyahının genişləncəyi gözlənilir.

“Roskomnadzor” Azərbaycan KİV-lərinin bloklanması qərarına rəsmi izahat vermək istəmir. Bilinən budur ki, qeyd edilən KİV-lər Rusiya-Ukrayna müharibəsi barədə müntəzəm olaraq informasiyalar yayır, müharibənin gedişatında Rusiya tərəfindən beynəlxalq normaların pozulduğunu ehtiva edən məlumatlar verirlər. Azərbaycan KİV-ləri özlərinin informasiya siyasətində reallığa söykənirlər, Rusiya-Ukrayna müharibəsini müşahidə legitim beynəlaxlaq təşkilatların hesabatlarına, o cümlədən, rəsmi qurumlara istinad edirlər. Rusiya tərəfi reallıqların KİV müstəvisində görünməsindən narahatlıq keçirməməli, öz narahatlığını sosial şəbəkə platformalarının bloklanması, KİV qurumlarının yayımına məhdudiyyətlər tətbiq edilməsi formasında büruzə verməməlidir.

Nəzərə almaq lazımdır ki, insanların, o cümlədən, rusdilli əhalinin həqiqəti bilmək kimi fundamental hüquları vardır. “Roskomnadzor” rus dilində həqiqətləri yayan KİV-ləri, o cümlədən, Azərbaycanın xəbər portallarını bloklamaqla söz azadlığını, pluralizm prinsiplərini pozur, demokratiyaya zidd hərəkətlər edir.

Qeyd etməyi zəruri sayırıq ki, Azərbaycan dövləti öz təhlükəsizliyi üçün vacib olan zamanlarda, hətta II Qarabağ savaşı- 44 Günlük Müharibə- dönəmində də Rusiya KİV-lərinin bloklanmasını həyata keçirməyib. Baxmayaraq ki, Rusiyanın əksər KİV-ləri 44 Günlük Müharibə dövründə rəqib cəbhədə yer tutaraq Azərbaycana qarşı informasiya savaşı aparırdılar. Bizlər, Azərbaycan jurnalist təşkilatları olaraq Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə müraciət edərək, özlərinin yanlış qərarlarına yenidən baxmağa, Azərbaycan KİV-lərinə tətbiq edilmiş blokları aradan qaldırmağa çağırırıq. Eyni zamanda, beynəlxalq media ictimaiyyətinə müraciət edərək bildirirk ki, Rusiyanın yanlış, anti-demokratik addımlarının durdurulması üçün həmrəylik göstərməyə zərurət yaranıb".

Qeyd edək ki, müraciəti Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Azərbaycan Jurnalistlər Şəbəkəsindən Ayaz Mirzəyev, Parlament Jurnalistlər Birliyinin (Tərəfsiz Jurnalistlər İB) sədri Elşad Eyvazlı, “İslam Əməkdaşlığı Təşkilatına üzv Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ( Roskomnadzor) Azərbaycanın populyar və peşəkar KİV-lərindən olan “Oxu.az” xəbər portalının Rusiya Federasiyası ərazisində yayımına blok qoyub. Bu qərar saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən verilib. Bir müddət öncə isə analoji qərar Azərbaycanda fəaliyyət göstərən digər rusdilli saytlar- "Haqqin.az" və "minval.az" saytları- barədə verilib. Növbəti günlərdə siyahının genişləncəyi gözlənilir.övlətləri Jurnalistləri Assosiasiyası” İB-dən Fazil Abbasov, "İnformasiya Təşəbbüslərinə Dəstək" İB-dən Hüseyznadə Cəsarət Məsləhət oğlu, CASCFEN (Orta asiya-Güney Qafqaz Sös azadlığı Şəbəkəsi) sədri Nadir Azəri, Jurnalist Araşdırmaları Mərkəzindən Seymur Verdizadə və Regional İnsan Hüquqları və Media Mərkəzi İB-dən Kazımov Xalid Vahid oğlu imzalayıb.

Xatırladaq ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ( Roskomnadzor) Azərbaycanın populyar və peşəkar KİV-lərindən olan “Oxu.az” xəbər portalının Rusiya Federasiyası ərazisində yayımına blok qoyub. Bu qərar saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən verilib. Bir müddət öncə isə analoji qərar Azərbaycanda fəaliyyət göstərən digər rusdilli saytlar- "Haqqin.az" və "minval.az" saytları- barədə verilib. Növbəti günlərdə siyahının genişləncəyi gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay