Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın hərbi çarəsizliyi ABŞ-ı heyrətləndirib: Rusiya süper gücdən Çinin vəkalət savaşçısına çevrilir

Rusiya Ukraynaya hərbi müdaxiləsini dəstəkləməsi üçün Çindən müxtəlif silahlar istəyib və Pekin buna hazır olduğunu bildirib.

Ovqat.com “Financial Times” nəşrinə istinadən xəbər verir ki, ABŞ bu barədə öz müttəfiqlərinə xəbərdarlıq edib.

İddiaya görə, Rusiya Çindən yer-hava raketləri də daxil olmaqla beş növ hərbi avadanlıq istəyib. Digər hərbi avadanlıqlara pilotsuz uçuş aparatları, kəşfiyyatla əlaqəli sursatlar, zirehli maşınlar, logistika və dəstək üçün istifadə edilən avtomobillər daxildir.

ABŞ Dövlət Departamentinin Avropa və Asiyadakı müttəfiqlərinə göndərdiyi teleqramlarda Pekinin Moskvaya göstərə biləcəyi hər hansı yardımın səviyyəsi və vaxtı barədə konkret məlumat verilmir. Ağ ev rəsmilərindən biri deyib ki, ABŞ müttəfiqlərinə öz qiymətləndirmələrinə əsaslanan kəşfiyyat məlumatlarını göndərmıyib. Yüksək rütbəli administrasiya rəsmisi, “Financial Times”in avadanlıqların siyahısı ilə bağlı sorğusuna da əlavə heç bir təfərrüat təqdim etməyib.



Bildirilir ki, Rusiyanın tələbi və Çinin cavabı Ağ Evdə ciddi həyəcana yol açıb. ABŞ rəsmiləri hesab edirlər ki, Çinin yüksək səviyyəli rəsmiləri tərəfləri müharibənin diplomatik yolla həllinə çağırsalar da, əlaltından Rusiyaya kömək etməyə çalışırlar.

Pentaqonun yüksək rütbəli rəsmisi Rusiyanın tələbindən sonra Çinin ona hərbi dəstək verib-vermədiyini söyləməkdən imtina etdi, lakin ABŞ-ın vəziyyəti “çox, çox yaxından” izlədiyini söyləyib.

“Əgər Pekin bu müharibədə Moskvanı maddi cəhətdən dəstəkləmək yolunu seçsə, bunun, çox güman ki, Çin üçün də ağır nəticələri olacaq”, - deyən Pentaqon rəsmisi əlavə edib: “Biz Çinin Rusiyanın sanksiyalara qoşulmaqdan imtina edərək, Ukraynaya verdiyimiz yardıma görə Qərbi və ABŞ-ı günahlandırdığını, dolayısıyla Rusiyanın əsas etibarilə səssiz təsdiqlədiyini gördük. Çin guya dinc nəticələrə nail olmaq istəyir, lakin mahiyyətcə bu istiqamətdə hər hansı addım atmır”.

American Enterprise İnstitutunun Asiya təhlükəsizliyi üzrə eksperti Erik Sayers məlumatı şərh edərkən Rusiyanın tələb etdiyi avadanlıqların siyahısının “şokedici” olduğunu və “Moskvanın çarəsizliyini ifadə etdiyini” söyləyib.



"Əgər Pekin siyahıdakı hər hansı bir silahı göndərsə, mən Çinin Ordusuna yönəlmiş sanksiyalar və ixraca nəzarət üçün ikitərəfli güclü təkan gözləyərdim, lakin bu, yalnız başlanğıc olacaq", - Sayers belə deyib.

Corctaun Universitetinin Çin üzrə eksperti və Ağ Evin keçmiş Asiya məsləhətçisi Evan Medeiros da Çinin Rusiyaya silah verməsinin dünya dövlətlərində “dərin narahatlıq yaradacağını” vurğulayaraq, "Bu, qlobal geosiyasətdə bütün oyun qaydalarını dəyişdirəcək", - deyib.

“Biz 1950-ci illərin Çin-Sovet ittifaqı günlərinə qayıtmaq riski ilə üzləşirik. Ukrayna yeni soyuq müharibənin ilk vəkalət münaqişəsi ola bilər” – Medeiros əlavə edib.

Bazar ertəsi ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Jake Sullivan Romada Çinin xarici siyasət üzrə yüksək vəzifəli rəsmisi Yang Jiechi ilə görüşmüş və tərəflər arasında müzakirələr 7 saat davam etmişdi. Sullivan Roma səfərinə çıxmamışdan əvvəl verdiyi ABŞ telekanallarından birinə verdiyi müsahibəsində tərəf müqabili ilə Rusiyanın Çindən silah yardımı istəməsini müzakirə edəcəyini bildirmişdi. Müzakirələrin bu qədər uzun çəkməsi tərəflərin məsələyə fərqli rakursdan baxdığına dəlalət edə bilər. Təsadüfi deyil ki, başqa bir yüksək səviyyəli ABŞ rəsmisi bu görüşü "anın ağırlığını əks etdirən intensiv yeddi saatlıq sessiya" olaraq səciyyələndirib. Onun bildirdiyinə görə, görüşdə Rusiya və Ukrayna ilə bağlı “geniş söhbət” aparılıb və hər iki rəsmi şəxs köməkçiləri olmadan təkbətək görüş keçiriblər.



Bu gün səhər Çinin rəsmi Xinhua xəbər agentliyi bildirib ki, müzakirələrdə ikitərəfli münasibətlərin necə "düzgün yoluna qoyula biləcəyinə" diqqət yetirib. Sinxua agentliyinin məlumatına görə isə, Çin rəsmisi həmkarı ilə söhbətində ABŞ administrasiyasını Pekinin Tayvan üzərində suverenliyini tanımadığına və “vahid Çin prinsipinə” əməl etmədiyinə görə tənqid edib. Çin rəsmisinin Rusiya-Ukrayna məsələsinin müzakirə olunduğu görüşdə Tayvan məsələsini qaldırması onu göstərir ki, Pekin Ukraynadakı gərginlikdən sövdə predmeti kimi istifadə etməyə çalışır.

Sinxua xəbərində bildirib ki, Ukraynanın adı Yanq və Sullivanın müzakirə etdiyi bir sıra “beynəlxalq və regional məsələlərdən” biri kimi keçib.

ABŞ rəsmiləri isə Rusiyanın hərbi yardım tələbinə Çinin müsbət cavab verdiyi barədə xəbəri şərh etmək istəməyiblər. Onlar, “Çinin Rusiya ilə münasibətlərindən dərin narahat olduqlarını” söyləməklə kifayətləniblər.

Ağ Evin mətbuat katibi Cen Psaki iddialarla bağlı suala belə cavab verib: “Hazırda buradan hər hansı kəşfiyyat məlumatını təsdiqləmək və ya təfərrüatlandırmaq iqtidarında deyiləm”. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə dünən keçirdiyi mətbuat konfransında məlumatı şərh edərkən deyib: “Biz Çin Xalq Respublikasının və ya dünyanın hər hansı bir ölkəsinin bu müharibəyə nə dərəcədə maddi, iqtisadi, maliyyə, ritorik və ya digər şəkildə dəstək verdiyini çox diqqətlə izləyirik. Müharibə prezident Vladimir Putinin öz seçimidir. Biz həm özəl olaraq, həm də açıq şəkildə hər hansı dəstəyin nəticələrinin olacağını çox aydın dillə Pekinə çatdırdıq."

Sullivan və Yang arasındakı görüşdən əvvəl Bayden administrasiyası keçən həftə avropalı müttəfiqlərdən Pekinin Rusiyaya sanksiyalardan yayınmağa kömək etməməsi ilə bağlı Çinə mesajlarını gücləndirmələrini istəmişdi.

“Financial Times” yazır ki, Çin Moskva ilə getdikcə daha sıx əlaqələr qurmasına baxmayaraq, özünü neytral aktyor kimi göstərir: “Lakin Çin mediası və diplomatları Rusiyanın işğala haqq qazandırmaqla dəstək verir və münaqişədə ABŞNATO-nu günahlandırırlar. Çin mediası həmçinin Rusiyanın ABŞ-ın Ukraynaya bioloji silah laboratoriyalarının qurulmasına kömək etdiyinə dair iddiaları təkrarlayır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

Ən çox oxunanalar