Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Britaniya diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd olunub - Foto

Biz Azərbaycanın müstəqilliyini, suverenliyini, öz gələcəyini özünün müəyyənləşdirməsini dəstəkləyirik

APA xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycanla Britaniya arasında diplomatik münasibətlərin 30-cu il dönümü ilə bağlı mərasimdə çıxışında deyib.

Britaniyalı diplomat bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə ölkələr əməkdaşlıq edir: “Britaniya de-karbonizisiyanı hədəf seçib, biz Azərbaycanın istixana qazlarının azaldılması istiqamətində səylərini yüksək qiymətləndiririk, təmiz enerjiyə keçidini dəstəkləməyə hazırıq”.

Şarp diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Baş nazir Boris Consonun Prezident İlham Əliyevə təbrik məktubunda da Azərbaycanla strateji tərəfdaşlığı vurğuladığını da qeyd edib: “Münasibətlərdə ticarət əlaqələri böyük önəm kəsb edir, Azərbaycanla münasibətlərimizdə ticarət əsas element təşkil edir. Həmçinin təhsil sahəsində uğurlu əməkdaşlığımız var, Azərbaycanda ingilis dilinin tədrisi, ingiliscə danışanların sayının artması mən sevindirir. Xalqlar arasında əlaqələr güclənir”.

Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson isə çıxışında deyib ki, AzərbaycanBritaniya arasında münasibətlər bu gün modern dünyada nadir əlaqələrdəndir.

Baronessa enerji sahəsində əməkdaşlığı, o cümlədən, Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb.

Təhsil naziri Emin Əmrullayev isə çıxışında bildirib ki, enerji resurslarının işlənilməsi ilə bağlı AzərbaycanBritaniya arasında mükəmməl əməkdaşlıq var: “Britaniya Azərbaycana investisiya qoyan ölkələr arasında ilk yerdədir. 600-ə yaxın Britaniya şirkəti Azərbaycanda layihələrə cəlb olunub.

Azad olunmuş ərazilərin minalardan təmizlənməsi və yenidənqurma işlərində Britaniya şirkətləri işləyir”.

Təhsil sahəsində əməkdaşlığın nailiyyətlərinə toxunan nazir deyib ki, Azərbaycanın xaricdə dövlət proqramı çərçivəsində 1032 azərbaycanlı tələbə Britaniya universitetlərində təhsil alıb: “Hazırda 28 azərbaycanlı Britaniya universitetlərində doktorantura təhsili alır. Azərbaycan məktəblərində 18 tədris mərkəzi təsis edilib ki bu mərkəzlər 8 minə qədər şagirdin ingilis dilinin təkmilləşdirilməsində rol oynayır.

İnanıram ki, xalqlarımızın rifahı naminə dostluq və tərəfdaşlıq ruhunda əməkdaşlığımız davam edəcək”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Ən çox oxunanalar