Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya dünyanı nüvə terroru ilə şantaj edir - Şərh

Ukrayna xalqına qarşı soyqırım davam edir. Qaçqınların sayı artıq 1 milyonu keçib. Ukraynanın şəhərlərində yaşayış bunaları, məktəblər və hətta xəstəxanalar da atəşə tutulur. Rus ordusu Ukrayna şəhərlərini 90-cı illərin Qroznısına çevirməkdədir.

Bu gecə Rusiya ordusu tərəfindən atəşə tutulan Zaporojye Atom Elektrik Stansiyasında yanğın baş verdi. Son məlumata görə yanğın söndürülüb. Zaporojye AES Avropada ən böyük atom elektrik stansiyasıdır. Bu stansiyada qəza təkcə Ukraynanı və Avropanı deyil, elə Rusiyanın özünün də bir hissəsini xarabalığa çevirə bilər.

Görünür, Putin Ukraynaya hücum qərarı verəndə “Bizə mane olmaq istəsəniz tarixdə görmədiyiniz faciəni yaşamalı olacaqsınız!” deyə hədə-qorxu gələndə bunu nəzərdə tuturmuş. İndi də göstərir ki, sözlərini havaya atmırmış. Rusiya dünyanı nüvə terroru ilə şantaj edir.

İstənilən xalqa qarşı atılan bu tip addımlar cinayətdir, özü də insanlığa qarşı cinayət. Bu gün belə cinayətlərə bəraət qazandırmaq və ya onları pisləyənlərə qarşı absurd ittihamlar irəli sürmək həmin cinayətlərə dəstək verməkdir. Təəssüf ki, belələri ölkədə istənilən qədərdir.

Bu da yeni fenomen deyil. Belələrinə 30 il ərzində Azərbaycan torpaqlarının işğalının arxasında Rusiyanın durduğunu dedikcə hər dəfə bugünkü tipli “arqumentlər” eşidirdik. Başqa sözlə, təcavüzkarın dəstəkçilərinin siması dəyişməyib. Dəyişə də bilməz.

Çünki bunun dərin səbəbləri var. Belələri ölkədə çoxsaylı 5-ci kolonların şüurlu üzvləri və onların təsiri altına düşmüş şüursuz tərəfdarlarıdır. Onlar təcavüzkara ona görə bəraət qazadırırlar ki, bunu etməlidirlər. Bu, onarın öhdəliyidir. Onlar başqa cür davrana bilməzlər.

Faşist dövlətinin cinayətlərini dəstəkləyən belələrinin ittihamlarına cavab verəndə “demokrat deyilsən” ittihamı səsləndirirlər. Bundan qorxmaq yox, əksinə, belələrini daha sərt şəkildə susdurmaq lazımdır. Demokratiya, azadlıq onları qəbul edənlərin dəyərləridir.

Ekstremizmi, terrorizmi, işğalı, soyqırımı dəstəkləyənlərin bu dəyərlərdən yararlanmağa heç bir haqqı yoxdur. Onlarla ünsiyyətin, münasibətin tamamilə başqa formaları var. Necə deyərlər, hər kəslə anladığı və layiq olduğu dildə danışmaq.

Belələrinə hər xalqın öz gələcəyini seçmək haqqını anlatmağa çalışmaq lazım deyil. Anlamayacaqlar, çünki anlamalı deyillər. Anlaya bilməzlər də, çünki seçim haqqını anlamaq üçün öncə öz daxili azadlığını anlamaq, ona çata bilmək lazımdır. Diktatora sitayiş edənlər isə heç vaxt buna çata bilməzlər.

Belələrilə nəinki birliyə və həmrəyliyə, hətta kompromisə də çalışmaq ən səmərəsiz işdir. Onların belə anlayışları yoxdur. Belələri üçün onlarla həmrəy olanlardan başqa qalan hamı onlara qarşı olanlardır. Çünki düşüncə budur.
Rusiyanın hədəfində olan növbəti ölkələrdən biri də Azərbaycandır. Özümüzü aldatmamalıyıq ki, sabah ölkəmizə təhlükə yarananda belələri mövqeyini dəyişib təcavüzkara qarşı çıxacaqlar. Çıxmayacaqlar, çünki onlar üçün Rusiya təcavüzkar deyil.

Əksinə, onlar Rusiya təcavüzünə bəraət qazandırmaq üçün dəridən-qabıqdan çıxacaqlar, təcavüzün səbəbini öz ölkəmizdə, öz insanlarımızda axtaracaqlar və hətta onu “tapacaqlar” da. Çünki belə davranmalıdırlar və belə də edəcəklər.

Bu gün Ukraynada insanlığa qarşı törədilən cinayətə açıq və ya müxtəlif bəhanələrlə bəraət qazandıranlar sabah da Azərbaycana qarşı törədiləcək eyni və bəlkə də daha ağır əməllərə don geyindirəcəklər, dəstək verəcəklər.

Odur ki, ilk növbədə ölkə bütün 5-ci kolonlardan təmizlənməlidir. Bu, mütləq edilməlidir, özü də ən təxirəsalınmaz vəzifədir. Bu, edilməyincə ölkədə nəinki inkişaf və rifah, heç əmin amanlıq da olmayacaq.

(Ərəstun Oruclu, politoloq)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar