Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrina Zaretska: "Rusiya hərbi gəmisi, cəhənnəm ol"!

"Mənim vətandaş mövqeyimlə peşəkar mövqeyim ayrıdır: Rusiya hərbi gəmisi, cəhənnəm ol"!

"Report"un məlumatına görə, bunu Azərbaycanın Ukrayna əsilli qadın karateçisi İrina Zaretska şəxsi instaqram hesabında yazıb.

26 yaşlı idmançı Rusiya prezidenti Vladimir Putin və bu ölkə haqqında təhqiramiz ifadələr işlədib: "Ukrayna mənim vətənimdir. Burada doğulmuşam və yaşayıram. Burada evim, ailəm və dostlarım var. Hazırda ölkəm üçün canım yanır. Müharibə ağrılıdır. Hər gün minlərlə insanın tökülən qanı və göz yaşı, atılan atəşlər, raket partlayışları, insanların yaşadıqları dəhşətlərə, uşaqlara, soyuq zirzəmilərdə və sığınacaqlarda gecələmələrinə acıyıram. Ailəm və dostlarımın həyatına çevrilən bütün dəhşətlər ağrı verir. Bu, bizim torpağımızdır, bizim ölkəmizdir. Dünyanın ən güclü insanları bizdədir. Bunu döyüşlərimizlə dəfələrlə sübut etmişik. Yüzlərlə insan bu təcavüzü yaşayır, milyonlarla insan isə sadəcə susur. Hələlik bizim yeni döyüşümüz var və əmin olun ki, biz buna tap gətirəcəyik, qalib gələcəyik".

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 61 kq-dan yuxarı çəki dərəcəsində gümüş mükafatçısı olan İrina Zaretska həm də 68 kq çəkidə 2 qat dünya və Avropa çempionudur. O, İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğuda 2021-ci ilin ən yaxşı idmançısı seçilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

Ən çox oxunanalar