Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Azərbaycanda xeyli qalstuklu, mədəni görünən, ziyalılar var ki, qumar oynayırlar”

“İnsan nəyisə ağlı ilə əldə edə bilməyəndə şansa üstünlük verir. Onlar elə bilirlər ki, həyatda buraxdığı imkanları, ağlını doğru istifadə edə bilməməyin nəticəsi onun şanssızlığı ilə bağlıdır. Amma bu birbaşa ağılsızlıqla bağlıdır. İnsanın şansa ümid etməsi öz ağlına dəyər verməməsindən qaynaqlanır”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, Azərbaycanda bu lotereyaya maraq ona görə aktualdır ki, cəmiyyətin iki böyük faciəvi problemi var:

“Onlardan biri narkomaniyadır, biri də qumar. İnsanlarımızın xeyli hissəsi qumarın qurbanına çevrilib. Ona görə bizim cəmiyyətdə bu məsələyə qarşı həssaslıq var. Lotereyalara maraq nisbətən də olsa anlaşılandır. Bir tərəfində bunu təşkil edən dövlət tərəfindən sertifikat almış təşkilatlar həyata keçirir. Sabah hər hansı fəsad olanda dövlətdən tələb edə bilirsən.

İdman, mərc oyunlarında isə çox böyük faciələr yaşanır. Ola bilsin ki, ilkin dövrdə kimlərsə 5 manat, 10 manat qazanır. Amma yüzlərlə insan məhz bu oyunlara görə borca girir. Hətta bunun üstündə ölənlər var, intihar edənlər də var. Düşünürəm ki bu məsələyə cəmiyyətin həssaslığı yüksək səviyyədə olmalıdır. İnsanları bu vərdişdən xilas etmək lazımdır”.

Millət vəkili onu da qeyd edib ki, buna maraq sadəcə kasıbçılıqdan irəli gəlmir:

Azərbaycanda xeyli zəngin insanlar var ki, burada qumar oynamır, gedir xarici ölkələrdə oynayır. Xeyli qalstuklu, mədəni görünən, ziyalı adamlar var ki, dünyagörüşü məhduddur, bu səbəbdən də gedib qumar oynayırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - Yenilənib

Ən çox oxunanalar