Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Valeri Pekressin səfəri əvvəlcədən hazırlanmışdı - Rusiya sülhməramlılarının "razılığı" ilə

"Fransada Respublika Partiyasından prezidentliyə namizəd Valeri Pekres ötən ilin dekabr ayının sonunda partiya yoldaşları Bruno Retayo və Mişel Barnyenin müşayiəti ilə Ermənistana yollandı, oradan da qanunsuz olaraq Qarabağa keçdi. Bu isə Azərbaycanda narazılığa səbəb oldu".

Pekresin dediyinə görə, o, ermənilərə və hərbi xristianlara dəstək verməyə çalışıb. Lakin beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycan ərazisidir. Qarabağlı ermənilərin "dövlət müstəqilliyi"ni isə kimsə, hətta Ermənistanın özü belə, tanımayıb.

Milli.Az bildirir ki, Jan-Dominik Merşenin Fransanın "l'Opinion" nəşrində dərc olunmuş məqaləsində belə deyilir.

Yazıda vurğulanır ki, Pekress Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etmiş ilk fransız siyasətçi və ya məmur deyil. Məsələn, 2020-ci ilin dekabrında Fransa Sosialist Partiyasının baş katibi Olivye For qanunsuz səfər etmişdi. "İrəli, Respublika!" partiyasının üzvü, Avropa Parlamentinin deputatı Natali Luazo isə 201-ci ilin iyulunda Qarabağda olmuşdu. Bu şəxslərdən fərqli olaraq, Erik Zemmur Ermənistanda qalmağa üstünlük vermişdi.

"Valeri Pekress və onun komandasının üzvləri Azərbaycan hökuməti üçün qanunsuz səfərdir, bu səbəbdən də qınanılıb. Yanvarın 12-də yerli telekanallara verdiyi müsahibəsində İlham Əliyev bəyan edib: "Əgər Valeri Pekressin son qanunsuz səfərindən xəbər tutsaydıq, birmənalı olaraq onu geri buraxmazdıq"", - müəllif yazıb.

Merşe bildirir ki, situasiyadan seçkiqabağı kampaniya üçün istifadə etmək qərarına gələn Respublika Partiyası dərhal Fransa hökumətinə hücuma keçib. Valeri Pekress isə Fransanın rəsmi reaksiyasının yoxluğunu "qalmaqal" adlandırıb:

"Respublika Partiyasının üzvü Erik Siotti Fransa Milli Məclisində bəyan edib ki, xarici işlər naziri "ifrat sükuta dalıb". Xarici işlər naziri, baş nazir və prezident isə sən demə, İl de Frans bölgəsinin rəhbərini "sərt hücumlar" qarşısında qoyublar. Fransanın XİN başçısı Jan-İv Le Drian "Fransanın Ermənistanla həmrəy olduğunu" təsdiqləyib, amma dərhal əlavə edib: "Bu səfərlə bağlı ölkə rəhbərlyinə heç bir məlumat verilməməsinə təəssüflənirəm". Belə xəbərlarlıq normadır və heç artıq deyil. Le Drian daha sonra deyib ki, başqaları belə səfərlərdən əvvəl Fransanın hakimiyyət dairələri ilə əlaqə saxlayırlar. Pekress bunu etməyib və onun davranışı yolverilməzdir".

Məqalədə habelə beynəlxalq qanunlardan bəhs edilir, çünki V.Pekressin qanunsuz səfəri Fransa üçün bir sıra problemlər yaradıb.

"Əvvəla, Fransa diplomatiyasınınr bağlı olduğu beynəlxalq hüququna riayət önəmli məsələdir, çünki Fransa Qarabağ üzərində Ermənistanın suverenliyini tanımır. Bu səbəbdən də Fransada prezidentliyə namizədin həmin bölgəyə səfəri neytral deyil. İkincisi, fransız deputatlar Krıma və ya Qolan təpələrinə gedəndə analoji problemlər yaranır. İkinci Qarabağ Müharibəsində Ermənistanın məğlubiyyətindən sonra bölgəyə Rusiyanın sülhməramlı qüvvələri yeridlib. Təqribən 3 min kvadrat kilometrlik ərazidə 2 min rusiyalı hərbçi yerli ermənilərin təhlükəsizliyini təmin edirlər. Rusiyalı sülhməramlılar Ermənistanla Xankəndi arasındakı yola, Laçın dəhlizinə də nəzarət edirlər. Valeri Pekress bu yolla Qarabağa gedib. Belə çıxır ki, rusiyalı sülhməramlılar ona "yaşıl işıq" yandırıblar?" - müəllif yazıb.

Fransalı senator Bruno Retayo isə "l'Opinion"a bildirib ki, V.Pekressin səfəri əvvəlcə planlaşdırılıb: "Əks təqdirdə Rusiyanın qorduğu blok-postlardan onların heç bir ciddi yoxlama olmadan keçməsini necə qiymətləndirmək olar?! Rusiyalıların nəzarəti zəiflədilmişdi. Halbuki sülhməramlılar digər fransızların, həkimlərin və jurnalistlərin qarşısını kəsirlər".

Yazıda vurğulanır ki, xarici ölkə vətəndaşları Qarabağa getmək istəyirlərsə, bunu Azərbaycan qanunvericiliyinə müvafiq qaydada etməlidirlər.

"Valeri Pekress və komandası üçün bunlar siyasi oyuna çevrilib. Məsələn, Erik Siotti parlamentdə deyib ki, onların namizədi səfərlərlə bağlı Makrondan icazə istəməyəcək", - müəllif yazıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

İcra başçısının xanım müavini işdən çıxarıldı

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay