Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Göstəriş Nazarbayevdən gəlib..." - Qırğızıstanın keçmiş baş naziri

Qırğızıstanın keçmiş Baş naziri Feliks Kulov Qazaxıstandakı hadisələri araşdırmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) komissiya yaratmağı təklif edir ki, qonşular küsüşməsin.

Kulov Qazaxıstan hadisələrinə qiymət verib və «Feysbuk»da öz təklifini müzakirəyə çıxarıb. «Rəsmi strukturların məlumatına görə, Qazaxıstanda situasiya tədricən normal axarına düşür. Böyük nisbətdə, buna bir neçə amil təsir göstərib: Tokayevin təxribatçılara münasibətdə sərt mövqeyi, KTMT sülhməramlılarının yeridilməsi və Nazarbayevlə Tokayev arasındakı pərdəarxası «bazarlıq-danışıqları». Əvvəl yazdıqlarım bunu göstərir ki, Samat Abişin, Nazarbayevin qardaşı oğlunun MTK sədrinin müavini vəzifəsinə bərpası göstərir ki, o, özünün silahlı «təxribatçı-arxalarını» sakitləşdirmək tapşırığı alıb. Heç kimə sirr deyil ki, Samat Elbaşının o biri qardaşı oğlu Kayrat Satıbaldiyevlə birlikdə bir çox bazarlara, xüsisilə də Almatının Bişkek tərəfə çıxışındakı bazara nəzarət ediblər. Onlar bazarlara kriminal strukturlar vasitəsilə nəzarət ediblər. Onlar da öz növbəsində orada işləyənləri nəzarət altında saxlayıblar» - Kulov yazır.

Yaxşı məlumdur ki, Kulov qeyd edir, bu bazarlarda xeyli sayda Qırğızstan vətəndaşı işləyir.

«Bəzi məlumatlara görə, bu kriminal avtoritetlər güc və təhdid altında özbəklərdən, taciklərdən və qırğızlardan olan gəlmə qastarbayterləri etiraz aksiyalarında iştiraka məcbur ediblər. Bu da ümumiyytlə, tam izaholunandır. Belə ki, ixtiyarsız və siyasətdən tamamilə uzaq insanlar öz hərəkətlərinin siyasi nəticələrini dərk edə bilməyiblər» - Kulov bəyan edib.

Odur ki, onun sözlərinə görə, heç təəccüblü deyil, indi qonşu dövlətlərin vətəndaşlarının saxlanması barədə informasiyalar meydana çıxır.

Qırğızstan XİN-ə, DİN-ə lazımdır ki, tələb etsinlər, Qırğızıstan vətəndaşları, güc altında etiraz aksiyalarına cəlb olunmuş insanlar ləngimədən azad edilməli və ikincisi, doğru informasiya verilsin ki, kimin günahından, kimin təhdidləri nəticəsində onlar bu mitinqlərə göndəriliblər, eks-baş nazir bəyan edib.

«Həm də yazmışam ki, Qazaxıstan MTK-nin rəhbərləri Məsimov və Samat Abiş Nazarbayevin əleyhdarlarına qarşı istifadə üçün döyüşçülərin hazırlığı üzrə düşərgələr təşkil ediblər. Xüsusilə, bu metodlardan biri: «saqqallıları» digər «saqqallılara» qarşı istifadə etmək, «pazı pazla çıxardarlar» prinsipi əsasında. Bu versiyaya əsasən, Məsimova və Abişə şifahi göstəriş (belə hallarda yazılı göstəriş verilmir) verilib ki, bu məxfi bölmələrdən dinc mitinqləri pozmaq, müxtəlif silahlı təxribatlar törətmək məqsədilə istifadə göstərişi Nazarbayevdən gəlib. Baş kəsmək və digər amansızlıqlar - bunlar artıq «saqqallı-təxribatçıların» özfəaliyyətidir» - Kulov yazır.

Onun sözlərinə görə, Nazarbayev «alver»in nəticəsində ömürlük TŞ-nın sədri vəzifəsindən «könüllü» imtina edəndən sonra, onun qardaşı oğlunu əvvəlki vəzifəsinə bərpa ediblər və ondan vəd alıblar ki, o, nəzarət altından çıxmış «saqqallıları» dayandırmaq üçün hər şeyi edəcək. Samat Abiş vədinə əməl edəndən dərhal sonra, o da «öz xahişi» ilə istefaya gedəcək, Kulov hesab edir.(AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb

Yayda dəriyə qulluq necə olmalıdır? – Dermatoloq məsləhəti

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

Qərbi Azərbaycan Xronikası: "Erməni nazir dedi ki, yaxşı işi sizə yox, özümüzünkülərə verərəm"

Elgizlə Rüfət üz-üzə: "Səni yıxıb sürüyəcəm"

Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçilib

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü - Foto

Ən çox oxunanalar