Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: “KTMT qüvvələrinin Qazaxıstana yeridilməsi təşkilatın nizamnaməsinə uyğundur” - Müsahibə

Siyasi şərhçi: “Əslində Qazaxıstanda hakimiyyət tranziti adlanan proses uzanırdı və dünən bu proses sona çatdı. Dünən faktiki olaraq dünən Nursultan Nazarbayev hakimiyyətdən uzaqlaşdırıldı”

“Böyük ehtimalla Qazaxıstan hökuməti də vəziyyəti qısa müddət ərzində sabitləşdirmək məqsədi ilə bu addımı atdı. Amma artıq zəruri dəyişikliklərin zamanı gəldiyini də anlayıblar”.

Bu sözləri siyasi şərhçi Fərhad Məmmədov Qazaxıstanda baş verən inqilabi xarakterli hadisələri PİA.az-a şərh edərkən deyib.

Dünən axşam Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.

Artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstanda vəzifəsini icra etməyə başlayıb.

Məlumata görə, Qazaxıstana göndərilən KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazın ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar. Dünən isə almatı şəhəri başda olmaqla Qazaxıstanın bir çox şəhərlərində adminsytrativ və təhlükəsizlik binaları etirazçıların əlinə keçib. Bir çox şəhərlərdə silah ələ keçirən etirazçılar polisə və orduya atəş açıblar. Bütün şəhərlərdə mağazalar və dövlət binaları yağmalanıb. Dünən axşamdan isə Qazaxıstan prezidenti etirazçılara qarşı sərt tədbirlər həyata keçirməyə başlayıb və bütün Qazaxıstanda fövqəladə vəziyyət elan olunub.

PİA.az Qazaxıstanda son bir neçə gündə baş verənlərlə bağlı keçmiş Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun müsahibəsini təqdim edir.

Fərhad Məmmədov: “Etirazçılar hökumətə, Nazarbayevə qarşı fikirlər irəli sürür, amma Tokayevə qarşı olduqca az faiz insanlar etiraz edirlər. Bu da ondan irəli gəlir ki, Tokayevin proqramı kifayət qədər yeni çağırışlara cavab verən proqramdır”.

- Fərhad bəy, müxalifətsiz və lidersiz inqilablar MDB məkanında artıq tendensiyaya çevrilir. Belarusda baç verən uğursuz inqilabı da sayarsaq, Qazaxıstan MDB məkanında artıq altıncı ölkədir ki, real müxalifət olmadan inqilab baş verir və bir qayda olaraq hakimiyyətlə danışıqları “xalq nümayəndələri” aparır. Sizcə MDB məkanına aid olan ölkələrdə müxalifətin olmaması sosial partlayış üçün hansısa stimul yaradırmı, yoxsa müxalifətin olub-olmaması mahiyyət olaraq heç nəyi dəyişə bilməz?

- Demək olmaz ki, Qazaxıstanda müxalifət yoxdur. Orada hakimiyyətdən gedən fiqurlar var. Məsələn Abilyaziov var. Bu müxaliflərin Avropada oturub və sosial şəbəkələr vasitəsilə Qazaxıstanda əhaliyə təsir etmək mexanizmləri var. Amma burada daha çox hakimiyyət daxilində gedən proseslər etirazlara səbəb olub. Çünki Qazaxıstanın hal-hazırkı prezidenti Kasım-Jomart Tokayev 2019-cu ildə hakimiyyətə gəlib. Lakin onun hakimiyyəti tam deyil. Bir çox vəzifələri hələ də Nursultan Nazarbayev tutub və indiki prezident əsas məsələlərlə bağlı qərar qəbul edərkən Nazarbayevin iradəsi ilə hesablamalıydı.

Dünən Kasım-Jomart Tokayev Nursultan Nazarbayevi Təhlükəsizlik Şurasının sədri vəzifəsindən azad etdi. Tokayev özü Təhlükəsizlik Şurasının sədri oldu. Əslində Qazaxıstanda hakimiyyət tranziti adlanan proses uzanırdı və dünən bu proses sona çatdı. Dünən faktiki olaraq dünən Nursultan Nazarbayev hakimiyyətdən uzaqlaşdırıldı.

Nazarbayevin Qazaxıstanın siyasi elitasında əsas fiqur olaaraq qalması öz növbəsində ikitirəlik formalaşdırırdı. Dövlət şirkətlərində işləyən bir çox yüksək vəzifəli məmurlar bundan istifadə edirdi və Tokayevə formal prezident kimi yanaşılırdı. Eyni zamanda fikir versək görərik ki, etirazçılar hökumətə, Nazarbayevə qarşı fikirlər irəli sürür, amma Tokayevə qarşı olduqca az faiz insanlar etiraz edirlər. Bu da ondan irəli gəlir ki, Tokayevin proqramı kifayət qədər yeni çağırışlara cavab verən proqramdır. Lakin həmin proqramın icrasına hakimiyyətdə olan ikitirəlik imkan vermirdi.

Fərhad Məmmədov: Qazaxıstanla ən uzun sərhədə malik olmasına baxmayaraq delmitasiya və demarkasiya prosesi yekunlaşdırılıb. Yəni burada Rusiyanın hər hansısa bir əraziyə legitim şəkildə iddia etməsi mümkün deyil”.

İndi isə bütün yeni təyinatlar Prezident Adminstrasiyasından gedir. Bu da o deməkdir ki, Prezident Adminstrasiyası yeganə dövlət qurumudur ki, birbaşa və tam olaraq Tokayev tərədindən formalaşdırılmışdı. Əlbəttə, bu hakimiyyətin tranziti Qazaxıstan modeli kimi təqdim olunurdu. Amma onun uzanması və qeyri-müəyyənlik belə bir nəticəyə gətirib çıxardı.

Hesab edirəm ki, Tokayev əslində bu etirazlardan güclü lider olaraq çıxdı və proseslərin tam cığırından çıxmasının qarşısını ala bilən tək lider oldu

- Qazaxıstandakı inqilabın Rusiyaya təsiri şübhəsiz ki, qlobal miyaslı ola bilər. Hər şeydən əvvəl Qazaxıstanda baş verənlər Qərbin Rusiyaya qarşı apardığı hibrid müharibənin bir hissəsi ola bilərmi?

- Əlbəttə, Qazaxıstan Rusiya üçün strateji əhəmiyyət daşıyır. Qazaxıstanla Rusiyanın ən uzun sərhəddi mövcuddur. Eyni zamanda Qazaxıstanla ən uzun sərhədə malik olmasına baxmayaraq delmitasiya və demarkasiya prosesi yekunlaşdırılıb. Yəni burada Rusiyanın hər hansısa bir əraziyə legitim şəkildə iddia etməsi mümkün deyil. Rusiya hakimiyyətində elə qruplar var ki, rus icmasının yaşadığı ərazinin vaxtı ilə ruslara aid olduğunu iddia edirlər. Lakin düşünmürəm ki, indiki vəziyyətdə Rusiya Qazaxıstanla bağlı hər hansısa hərbi formada fəaliyyət göstərsin. Çünki Qərb sərhədlərində vəziyyət kifayət qədər gərgindir. Digər tərəfdən bununla Rusiya Qazaxıstanda anti-Rusiya əhval-ruhiyyəsinin daha da artmasını stimullaşdıracaq.

Düşünmürəm ki, Rusiya Qazaxıstandakı bu vəziyyətlə bağlı maraqlı olsun. Amma xarici qüvvələr, yəni Qərb məhz Qazaxıstan müxalifəti vasitəsilə etirazçı kəsimə yeni lider formalaşdıra bilər. Beləliklə də, hakimiyyətə güclü alternativ yarana bilər. Bu da gələcəkdə doğrudan Rusiya üçün strateji problemə çevrilə bilər.

Lakin bütün hallarda Qazaxıstanda baş verənlərin çıxış yolu növbədənkənar seçkilərdir. Amma bu seçkinin prezident ya da parlament seçkisi olması məsələsi var. Böyük ehtimalla parlament seçkisi olacaq. Bununla bağlı da artıq ilk fikirlər irəli sürülüb və prezident Tokayev də yeni parlament seçkilərinin keçirilməsinə heç də qarşı görünmür.

Fərhad Məmmədov: “Nümayişlərin eyni vaxtda bütün Qazaxıstanın ərazisində baş verməsi diqqət çəkən məsələdir. Bu da onu göstərir ki, həm hakimiyyətdə olan qrupların sabatajı, həm də etirazçıların sistemli şəkildə fəaliyyəti olub və bu etirazların eyni mərkəzdən yönəldilməsinə işarədir”.

- Fərhad bəy, Qazaxıstan hakimiyyətinin etirazçılara qarşı loyal davranışını necə xarakterizə eləmək olar? Sizin fikrinizcə bu prezident Tokayevin zəif fiqur olması ilə bağlıdır, yoxsa etirazın miqyası doğrudan da hakimiyyəti dalana dirəyərək güzəştlərə getməyə vadar edir?

- Çox ekspertlər çalışırlar ki, Qazaxıstanda baş verən hadisədə geosiyasi səbəblər axtarsın. Nəzərə almaq lazımdır ki, Qazaxıstan ərazi baxımından çox böyük ölkədir. Orada həyat səviyyəsi regionlarda fərqlidir. Lakin nümayişlərin eyni vaxtda bütün Qazaxıstanın ərazisində baş verməsi diqqət çəkən məsələdir. Bu da onu göstərir ki, həm hakimiyyətdə olan qrupların sabatajı, həm də etirazçıların sistemli şəkildə fəaliyyəti olub və bu etirazların eyni mərkəzdən yönəldilməsinə işarədir.

Nəzərə almaq lazımdır ki, xarici qüvvələrin Qazaxıstanın daxili siyasərinə təsiri mexanizmləri mövcuddur. Amma o qədər də səmərəli deyil. Buna görə də etirazları daha çox daxili qruplaşmaların mübarizəsi kimi mən qiymətləndirərdim.

- Hazırda KTMT ölkələri Qazaxıstana ordu yeridiblər və bu barədə dünən axşam KTMT liderləri qərar verib. Belə bir şey ilk dəfədir ki, baş verir. Putinin təcili qaydada belə bir qərar qəbul etməsi nədən xəbər verir?

- Qərarın belə tələsik verilməsi Qazaxıstandan qaynaqlanır. Görünən odur ki, Qazaxıstan hakimiyyəti, dövlət institutları paralel olaraq bir neçə şəhərdə baş verən etirazların nəinki qarşısını ala bilməyib, hətta bilinməyən mərkəzdən idarə olunan başıpozuqların silahlanması, şəhərlərin yağmalanması ikimi təhlükəli hadisələrin nkişafı, yayılması üçün müəyyən şəraitlər formalaşıb. Polisin müqavimət göstərməməsi, etirazçılar tərəfindən silah anbarlarının ələ keçirilməsi faktiki olaraq silahlı münaqişəyə keçidin təmin edilməsi idi.

Fərhad Məmmədov: “Dövlət strukturlarının bu qədər aciz olması ondan xəbər verir ki, hakimiyyət daxilində də təxribat baş verib”.

Dövlət strukturlarının bu qədər aciz olması ondan xəbər verir ki, hakimiyyət daxilində də təxribat baş verib. Hadisələrin surətlə baş verməsi Qazaxıstan hökumətini vadar etdi ki, xarici hərbi dəstək üçün müraciət etsin. Əlbəttə, bu heç bir dövlətə baş ucalığı gətirmir. Böyük ehtimalla Qazaxıstan hökuməti də vəziyyəti qısa müddət ərzində sabitləşdirmək məqsədi ilə bu addımı atdı. Amma artıq zəruri dəyişikliklərin zamanı gəldiyini də anlayıblar.

- KTMT-nin hakimiyyət-vətəndaş münaqişəsinə cəlb edilməsi bu təşkilatın nizamnaməsinə nə qədər uyğundur və bu tendensiya MDB məkanına nə vəd edir?

- KTMT-nin nizamnaməsində belə maddə var ki, müttəfiq dövlətlərini milli təhlükəsizliyinə, suverenliyinə təhdid, o cümlədən xaricdən qaynaqlanan təhlükəyə qarşı, o cümlədən terrorizmə qarşı birgə mübarizə aparacaqlar. Ona görə də Qazaxıstan Təhlükəsizlik Şurasının KTMT-yə müraciəti və bu müraciətə operativ rreaksiya verməsi KTMT-nin nizamnaməsinə uyğundur. KTMT üzv ölkənin legitim rəhbərliyinin rəsmi kömək almaq müraciətini yerinə yetirir.

Burda bir məsələni də vurğulamaq istərdim ki, görünür MDB məkanında hakimiyyətin zorla dəyişdirilməsi Rusiyanın “qırmızı xəttləri” arasında yer alır və baş verənlıərə KTMT səviyyəsində reaksiya verilməsi də təbiidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əməkdar artist vəfat edən xanımından danışdı

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Ən çox oxunanalar