Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şöhrəddin Quliyev "Lotu Quli"nin yaxın adamını öldürmək üçün Odessaya necə gedib...

Ukraynanın Odessa şəhərində nüfuzlu azərbaycanlı kriminal avtoritet, ötən il Türkiyədə güllələnən “Lotu Quli” ləqəbli məşhur “qanuni oğru”nun yaxın adamı Nazir Əliyevin öldürülməsinin bəzi təfsilatları açıqlanıb. virtualaz.org xəbər verir ki, ötən gün axşam saatlarında Əliyev cangüdənlərini buraxıb. Qatil bundan istifadə edərək onun oturduğu bilyard salonuna daxil olub və dərhal atəş açıb. Nəticədə kriminal avtoritet yerindəcə öldürülüb.

Qətli törədən isə 1976-cı ildə Füzuli rayonunda anadan olmuş Quliyev Şöhrəddin Vaqif oğludur. Xəbər verildiyi kimi, o artıq saxlanılıb. Odessa polisi Şöhrəddin Quliyevin Nazir Əliyevi “qisas zəminində” öldürdüyünü bildirib. Lakin bu hələ ilkin versiyadır.

Məlumata görə Ş.Quliyev qətli törətmək üçün Moskvadan təyyarə ilə Moldovaya uçub. Oradan avtobusla Odessaya gedib. Tapançanı oturacağın altında gizlədərək özü ilə aparıb. Əvvəlcə Odessa vağzalı yaxınlığında ev tutub, daha sonra Solneçnıy rayonuna yerləşib. Bütün bu vaxt ərzində Naziri axtarıb və onu öldürmək üçün əlverişli zaman seçib.

Polisin məlumatına əsasən Ş.Quliyev əvvəllər xuliqanlığa görə Azərbaycanda, Abxaziyada, Çeçenistanda həbsdə olub. (virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Baş prokurordan beş aydır nə ölüsü, nə dirisi tapılan Rasimlə bağlı tapşırıq

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda müştəri hesaba görə restoran işlədən qadının burnunu sındırdı

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Ən çox oxunanalar