Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada azərbaycanlı və erməni azarkeşlər arasında insident baş verdi

Fransada klublarası güləş çempionatında AzərbaycanErmənistan azarkeşləri arasında insident baş verib.

Bu barədə “Report”a açıqlamasında “Şiltgem” komandasında çıxış edən Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov bildirib.

87 kiloqram çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı “Mets”dəki erməni güləşçi Edqar Xaçatryanı 8:0 hesabı ilə məğlub etdikdən sonra tribunada mübahisənin yarandığını söyləyib:

“Klubumuza qələbə lazım olduğu üçün yuxarı çəki dərəcəsində güləşirdim. Erməni rəqibim gənclərdə Avropa və dünya çempionatlarının mükafatçısı idi. Rəqibin də mənimlə görüşdə uduzmaq istəmədiyini hiss edirdim. Azərbaycanlı olduğum üçün var gücünü qoymuşdu. Qarşılaşma başa çatandan sonra tribunada mübahisə oldu. Həmyerlilərim bayraqlarla mənə dəstək verirdi. Qələbə qazanandan sonra isə erməni fanatlar dəli oldular. Mənə dəstək həqiqətən də çox güclü idi. Ermənilər aranı qızışdırmağa çalışırdı. Daha sonra mühafizə gəldi və azarkeşləri sakitləşdirdilər”.

Abbasov Ermənistan idmançısı ilə görüşdə daha motivasiyalı olduğunu vurğulayıb:

“Nəyin bahasına olursa-olsun, ona uduza bilməzdim. Rəqib ağır çəkidə güclü olsa da, təslim olmamalı idim. İlk hissədə 1:3 hesabı ilə məğlub olurdum. İkinci yarıda önə keçdim və 6:3 hesabı ilə qalib gəldim”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Ən çox oxunanalar