Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il ali məktəbə qəbul olanların sayı ötən illə müqayisədə 1 047 nəfər artıb

Bu il ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul olanların sayında ötən illə müqayisədə 1 047 nəfər artım olub.

PİA.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin təhlilinə görə, ali təhsilin magistratura səviyyəsi üzrə elektron ərizə qəbulunda iştirak edən bakalavrların sayı isə ötən illə müqayisədə iki dəfədən artıq, yəni 18 748 nəfər çox olub.

Qeyd olunub ki, bu artım 2021-ci ildə magistraturaya qəbul imtahanının bir mərhələ üzrə iki dəfə keçirilməsi ilə izah edilir. Eyni zamanda 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki illərlə müqayisədə daha çox məzun müraciət edib. Bu onunla izah edilir ki, təhsil haqqında qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, subbakalavrlar öz ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimində imtahan vermədən birbaşa iştirak etmək hüququ əldə ediblər.

Ümumilikdə, bu il ərizə qəbulunda iştirak etmiş şəxslərin sayı ötən illə müqayisədə 32 261 nəfər (13.8%) çox, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş şəxslərin sayı isə 4 091 nəfər (5.4%) çox olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hürriyət: ABŞ Türkiyə ilə sərhəddə "kiçik İsrail" yaradır...

Sümbülə Əliyeva: "Öz yerimə təyin etdiyim şəxs bütün sənədləri saxtalaşdırıb"

Xoşbəxt yaşayan həyat yoldaşlarının 5 əsas vərdişi

Rusiya Paşinyanla açıq müstəvidə mübarizəyə keçir?

Natiq Cəfərli: Çörəyin qiymətində artıma gediləcək...

Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alırlar?

Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə gilas ziyandır?

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşib

İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib - Yenilənib

Xamenei amerikalı tələbələrə müraciət edib, Mayk Conson cavab verib

Hazırkı müxalifətin Paşinyanı devirmək üçün resursları yetərlidir?

Ən çox oxunanalar