Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

VHP rayon təşkilatları Qarabağdakı gərginliyi müzakirə edib

Vətəndaş Həmrəyliyi Partiyasının Sumqayıt şəhər, Ağstafa rayon, Qaradağ rayon və Goranboy rayon təşkilatlarının Məclis toplantıları keçirilib. Toplantılarda təşkilati məsələlər, ölkədə baş verən ictimai siyasi olaylar, qarşıdan gələn 17 noyabr Milli Dirçəliş günü və son vaxtlar Qarabağ və cəbhə xətdində baş verənlər müzakirə edilib.

VHP Ağstafa Rayon Təşkilatının sədri Dürdanə Həsənova, Qaradağ Rayon Təşkilatının sədri Bakir Əsədli, Sumqayıt şəhər təşkilatının sədri Elmar Qasımlı və Goranboy rayon təşkilatının sədri Zaur Məmmədli çıxışlarında ölkədə və dünyada baş verən olaylardan danışıblar. Son günlər cəbhə boyu ərazilərdə və Qarabağda erməni separatçılarının təxribatları kəskin şəkildə pislənilib . Bu təxribatların məqsədli şəkildə edildiyi, bölgədə sülhün və davamlı əminamanlığın yaradılmasını istəməyənlərin etdikləri vurğulanıb. Həmçinin rus “sülhməramlılarının” bu təxribatlara bilərəkdən cavab vermədiyi, məqsədlərinin burda daima kök salmaq olduğu bildirilib. Qeyd olunub ki, bu bölgədə heç bir dövlətin sülh yaratma missiyası olmamalıdır. Yalnız BMT-in mandat verdiyi qüvvələr bölgəyə gəlməlidirlər. Əgər Rusiya burda qalırsa bölgəyə Türkiyə ordusu da gəlməlidir.

Toplantılarda son vaxtlar Qarabağın dağlıq bölgəsində baş verənlər həm Ermənistan, həm də Rusiya tərəfindən 10 noyabr üçtərəfli anlaşmasının kobud şəkildə pozulması demək olduğu bildirilib. Ermənistan separatçı rejimlə əlaqələrini saxlamaqla, Rusiya isə Laçın koridorundan qanunsuz gediş-gəlişə imkan yaratmaqla sazişin şərtlərini pozur. Azərbaycan ordusunun döyüşlə azad etdiyi və sonradan boşaldılan bölgələrdən başqa, Xankəndi, Əsgəran, Xocalı və digər ərazilər də Azərbaycan Respublikasının qanuni ərazisidir. Burada dövlətimizin suveren hüquqları bərpa olunmalıdır. Əfsuslar olsun ki, Rusiya sülhməramlıları öz hərəkətləri ilə bu prinsipləri ayaqlar altına alır. Bölgədə rus hərbi birləşmələrinin yerləşməsinə ilk gündən etirazlar edilir. Çünki rus silahlılarının say tərkibi və forması sülhməramlı missiyasından kənara çıxıb.Ümumiyyətlə, Rusiyanın imperiya maraqları hamımıza bəllidir. Moskvanın Abxaziya və Krımda heç bir beynəlxalq normalara sığmayan hərəkətləri uzaq tarixdə baş verməyib. Kreml rus əsgərinin ayağı dəyən yeri “özününküləşdirmək” siyasətindən əl çəkmir. VHP üzvlərinin belə bir fikri qəti ifadə olunub ki, Rus “sülhməramlılarının” Şuşa ətrafında Azərbaycan hərbçilərinə qarşı planlaşdırılmış silahlı terror aktı həyata keçirmiş şəxsi terroristlərə təhvil verməsi onları bu cinayətdə iştirakçı etdi. Terror dəhlizinə” çevrilmiş “Laçın dəhlizi” dərhal Azərbaycan tərəfindən nəzarətə götürülməlidir!

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ən çox oxunanalar