Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhərdə sahibsiz raketlər uçuşur… - Bağdadda nələr olur?

Bağdadda naməlum şəxslər İraq kəşfiyyatının mənzil-qərargahını atəşə tutub. Hadisə ölkənin baş naziri Mustafa əl-Kadximi binada olarkən baş verib. Bina istiqamətində şəhərin fərqli hissələrindən üç reaktiv mərmi buraxılıb. Onlar hədəfə çatmayaraq yaxınlığa düşüb, itki yoxdur. Analoji hadisə Bağdadda oktyabrın 27-də də baş vermişdi. Həmin vaxt hədəf olaraq səfirliklər seçilmişdi.

İraq üçün nadir hadisədir - məsuliyyəti heç kəs öz üzərinə götürməyib. Ancaq Bağdadda yerli bazarda istənilən satıcı qaynar qəhvədən bir udum alaraq sizə bu “sahibsiz” raketlərlə bağlı hadisənin bütün sirli tərəflərini danışa bilər. Üstəlik təşkilatçının adını da çəkər - İran yönümlü Haşdı əş-Şaabi hərəkatı. İcraçı isə - Əsaib Əhl Əl-Həqq qruplaşması. Və bu, “etibarlı mənbələr” seriyasından deyil, acı həqiqətin özüdür.

"Əsaib Əhli-Haqq" iraqlılar üçün əhəmiyyətini həddindən artıq qiymətləndirib, lakin Tehranın pulu işlənməlidir

Adıçəkilən təşkilatların hər ikisi iraqlıların gözündə öz əhəmiyyətlərini şişirdib, ancaq Tehranın ayırdığı pulların əvəzini ödəmək lazımdır - odur ki, onlar parlament seçkilərinə qatıldılar. Seçkilərdə uduzdular - Haşdı ciddi məğlubiyyətə uğradı, Əsaib Əhl Əl-Həqqin uğursuzluğu isə daha sarsıdıcı oldu. Əvvəlcə Bağdadda oturaq tətillər təşkil etməyə cəhd göstərdilər və səslərin yenidən sayılmasını tələb etdilər. Həm də elə sayılmasını ki, 1 səs + 1 səs nəticə etibarilə 10-a bərabər olsun, həm də öz xeyirlərinə.

Ancaq uğur qazanmadılar - hər şeyə öyrəşmiş bağdadlılar onların tətilinə biganə qaldılar, üstəlik söyləndilər də: «Oturub ətrafı zibilləyirlər». Və belə olanda İran yönümlü əzabkeşlər raketlərə əl atdı.

Yeri gəlmişkən, Əsaib Əhl Əl-Həqq qruplaşması 2020-ci ilin dekabrında Bağdadda xarici səfirliklərin yerləşdiyi “Yaşıl zona”nı atəşə tutan, kütləvi nümayişlər keçirən, əl-Kadximiyə ultimatum irəli sürən və Bağdad hava limanının yaxınlığındakı ABŞ hərbi bazasında irimiqyaslı terror aktı planlaşdıran təşkilatdır.

Əl-Kadximi onların tələblərinə boyun əymədi və dövlət telekanalının canlı efirində bildirdi ki, İraqı “ağılsız avantüraya” cəlb etməyə çalışan və qan tökməkdən çəkinməyən qüvvələrin fəaliyyətinə maksimum sərt şəkildə qarşılıq vermək qətiyyətindədir. Baş nazirin hədələri nəticə verdi. Qruplaşma nəinki “ağlın səsini dinləməyə” hazır olduğunu ifadə etdi, üstəlik bildirdi ki, Bağdaddakı nümayiş və qarışıqlıqlara onların heç bir aidiyyatı yoxdur.

“Əsaib Əhli-Haqq” ABŞ hərbi bazasında genişmiqyaslı terror hücumu planlaşdırırdı

Əsaib Əhl Əl-Həqqin lideri həmçinin bəyan edib ki, “nümayişçilərin əks olunduğu video və foto materiallar ya çoxdan çəkilib”, ya da o, oradakı şəxsləri tanımır. Ümumiyyətlə isə onun qruplaşması istisnasız olaraq İraq vətənpərvərlərindən ibarətdir, onlar da ölkədə sabitliyin olmasını elə möhkəm arzulayırlar ki, bəzən yemək də yadlarından çıxır.

Bu cür üzüyolalığın səbəbi əl-Kadximi ilə İslam inqilabı keşikçiləri Korpusunun (İİKK) “Əl-Qüds” xüsusi bölməsinin komandanı general İsmayıl Qəni arasındakı məxfi razılaşmalarla bağlıdır. İranlılar Bağdadın şiə qruplaşmalarının intizamsız və açıq-aşkar kriminala yuvarlanan üzvlərini tənqid etmək hüququna malik olduğuna razılaşıb. İraq tərəfi isə vəd edib ki, Əsaib Əhl Əl-Həqqə qarşısıalınmaz enerjisini dinc istiqamətə yönəltmək - parlament seçkilərində iştirak etmək - imkanı yaradacaq.

Düzdür, tərəflərin hər biri razılaşmaları özünə sərf edən tərzdə başa düşüb. Bağdad Əsaib Əhl Əl-Həqqə seçkilərdə yalnız iştirak etməyə icazə verib. Yəni, qələbə vəd etməyib. Ancaq onlar başqa cür fikirləşiblər - əgər seçkiyə buraxıblarsa, qələbəyə də zəmanət verəcəklər. Və bu baş verməyəndə İran yönümlü proksilərin sivilliyi sürətlə yox olub. Və onlar ənənəvi məşğuliyyətlərinə qayıdıblar - raket atəşlərinə. Hələlik hədəfi vurmadan, itkilərsiz. Ancaq bütün bunların nə ilə nəticələnə biləcəyini heç kim bilmir.

Müəllif: İkram Nur (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hürriyət: ABŞ Türkiyə ilə sərhəddə "kiçik İsrail" yaradır...

Sümbülə Əliyeva: "Öz yerimə təyin etdiyim şəxs bütün sənədləri saxtalaşdırıb"

Xoşbəxt yaşayan həyat yoldaşlarının 5 əsas vərdişi

Rusiya Paşinyanla açıq müstəvidə mübarizəyə keçir?

Natiq Cəfərli: Çörəyin qiymətində artıma gediləcək...

Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alırlar?

Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə gilas ziyandır?

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşib

İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib - Yenilənib

Xamenei amerikalı tələbələrə müraciət edib, Mayk Conson cavab verib

Hazırkı müxalifətin Paşinyanı devirmək üçün resursları yetərlidir?

Ən çox oxunanalar