Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Patriarx Varfolomeylə Ağ Evdə görüşən Bayden Ərdoğanla görüşəcəkmi?..

Varfolomey Vaşinqtonda sadəcə ABŞ prezidenti ilə görüşməyib. O, həm də ABŞ dövlət katibi Entoni Blinken və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə də görüşüb...

Murat Yetkin
“Yetkin Report” Türkiyə, 29 oktyabr 2021-ci il

Rum Pravoslav Kilsəsinin Patriarxı Varfolomey oktyabrın 25-də Ağ Evdə ABŞ prezidenti Baydenlə görüşüb. Ərdoğan Baydenlə 30-31 oktyabrda Romada keçiriləcək G20 sammiti zamanı deyil, böyük ehtimalla, ondan sonra noyabrın 31-də Qlazqoda başlayacaq İqlim Sammiti zamanı görüşəcəyini oktyabrın 26-da açıqlamışdı. Oktyabrın 27-də Ankarada ABŞ-la Türkiyənin F-35 layihəsindən çıxış danışıqları başlayıb.

ABŞ prezidenti Co Baydenin Patriarx Varfolomey Yunan Ortodoks Ekumenik Patriarxı sifəti ilə görüşünün fotoşəkilləri poçt qutuma düşdükdən qısa müddət sonra Türkiyə prezidentinin sözçüsü İbrahim Kalından bir açıqlama gəldi. Prezident Rəcəb Tayyib Ərdoğanın Təhlükəsizlik və Xarici Siyasət üzrə müşaviri olan Kalın oktyabrın 27-də ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Cek Sullivan ilə telefonda danışıb və oktyabrın 31-də Qlazqoda başlayacaq İqlim Sammiti zamanı Ərdoğanla Bayden arasında danışıqların gündəmini müzakirə edib.

Bu o deməkdir ki, Ərdoğan 30-31 oktyabrda Romada keçiriləcək G20 Sammiti zamanı Baydenlə təkidli üzbəüz görüşünü keçirə bilməyəcək. Əslində, Ərdoğan bu məlumatı oktyabrın 26-da verib və o, Azərbaycandan qayıdarkən jurnalistlərə bildirib ki, Baydenlə Qlazqoda görüşə bilərlər. Ancaq bu dəfə Türkiyə prezidenti Bayden haqqında çox da yuxarı pərdədən danışmır və çox diqqətli davranırdı. S-400, F-35 və indi də F-16 ilə bağlı “aşağı səviyyədə” xəbərlər gəlirdi, amma Ərdoğan: “Ən yüksək səviyyədə, əlbəttə ki, bunu cənab Baydenlə danışmağım daha uyğun olardı”, deyirdi. Ola bilsin ki, prezident iki dövlət orqanları arasında razılaşmadan daha çox, üzbəüz söhbətdən sonra əldə oluna biləcək razılaşmanın daha səmərəli olacağını düşünür.

Prezident Ərdoğan oktyabrın 26-da təyyarəsində jurnalistlərə deyib ki, Baydenlə görüşü Romada deyil, “ehtimal ki,” Qlazqoda baş tutacaq

Maraqlı tarixi qarşıdurmalar

Əslində indiyə qədər dediklərimizdə pərdəarxası maraqlı tarixi konfliktlər, təsadüf sayılmayacaq qədər çoxlu məlumatlar var. Məsələn, Kalin və Sullivandan sonra öyrəndik ki, 26-27 oktyabrda Ankarada Türkiyənin Rusiyadan S-400 raketləri aldığı üçün ABŞ-ın F-35 proqramından çıxarılması ilə bağlı danışıqlar aparılıb. Danışıqlar Ankarada aparılsa da, biz bunu danışıqlara ev sahibliyi edən Milli Müdafiə Nazirliyinin bəyanatı ilə deyil, Amerika Müdafiə Nazirliyinin bəyanatı ilə öyrəndik.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Ukraynaya satdığı TB-2 pilotsuz təyyarələrinin regionda balansı pozduğunu iddia edib. Digər tərəfdən Rusiya təyyarələri Suriyanın Türkiyə ilə sərhədində, Hatayın Reyhanlıya çox yaxın olan Kah qəsəbəsini bombalayıb və Nusaybinlə üzbəüz Qamışlıdakı aviabaza yaxınlığnda ilk dəfə bir rus təyyarəsi görünüb.

Milli Müdafiə Nazirliyi axşam saatlarında nazir Hulusi Akarın amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığı apardığını açıqlasa da, Ankarada F-35 danışıqlarından bəhs etməyib. Çünki böyük problemlər “aşağı səviyyələrdə” həll edilməli deyildi.

Məsələn, oktyabrın 25-də Bayden Varfolomey və onun nümayəndə heyətini Oval Kabinetdə qəbul etməsindən bir neçə saat əvvəl Ərdoğan bildirib ki, kabinetin iclasında azınlıq fondlarına seçki məsələsi “müzakirə edilib”.

Bayden oktyabrın 25-də Varfolomey və onun nümayəndə heyəti ilə görüşərkən

Kabinetin iclasında ələvi vətəndaşların problemi də müzakirə edilib. Həmin görüşdə diqqət Osman Kavalanın azadlığa çıxmasından sonra ortaya çıxan “persona non grata” böhranına çəkilməsə də, mesaj Vaşinqtona idi. Bəlkə də elə bu üzdən Ağ Evdən Bayden-Varfolomey görüşündən sonra verilən açıqlamada dini azadlıqların ən vacib insan haqları arasında yer aldığı bildirilsə də, təfərrüata varılmayıb.

Varfolomey və Vaşinqtonun əlaqəsi

Ağ Evdən verilən açıqlama da maraqlı idi. Başlıq da daxil olmaqla 5 cümlədən ibarət açıqlamada Varfolomey 5 dəfə Yunan Ortodokslarının Ekumenik Patriarxı olaraq xatırlanıb, Bayden və Varfolomeyin uzun müddətdir davam edən dostluğu vurğulanıb. Vaşinqtonda olarkən yüngül xəstəlikdən əziyyət çəkən 81 yaşlı Varfolomey 270-ci Patriarx və İstanbulda ən uzun müddət (30 il) xidmət verən dini liderdir. Beynəlxalq mətbuatın məlumatına görə, Bayden və digər rəsmilər Heybeliada Seminariyasının yenidən açılması üçün Türkiyə hökumətini dəstəkləməyə davam edəcəklərini bildiriblər.

Danışıqlarda Nyu Yorkda yaşayan Yunan kilsəsinin Amerika baş yepiskopu Elpidforos Lambriadis də iştirak edib. İstanbulun Bakırköyündən olan Lambriadis bu vəzifəyə təyin olunmazdan əvvəl qapalı Heybeliada Seminariyasının direktoru və Bursa baş yepiskopu olub.

Patriarx Varfolomeyin ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Pelosi ilə görüşü

Biz buna danışıqlar deyirik ki, çünki Varfolomey Vaşinqtonda sadəcə ABŞ prezidenti ilə görüşməyib. O, həm də ABŞ dövlət katibi Entoni Blinken və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə də görüşüb. Eyni zamanda, ABŞ-ın Ankaradakı səfirliyi Twitter-də: “Daxili işlərə qarışmamaq prinsipinə riayət etməyə davam edirik”, bəyanatı verirdi ki, bunu prezident Ərdoğan “geri addım” kimi qiymətləndirib.

Ərdoğanın “üz-üzə” görüşündə təkid etməsi qəribə görünür

Türkiyənin Vaşinqtondakı səfiri Murat Mercan da Patrik Varfolomeyin şərəfinə səfirliyin iqamətgahında 25 oktyabrda bir səhər yeməyi təşkil edib. Mercan bu görüşə ABŞ Xarici İşlərinin Avropa-Avrasiya üzrə müşavir köməkçisi Erika Olson ilə Yunanıstanın Vaşinqtondakı səfiri Aleksandra Papadopulonu dəvət edib.

Səfir Mərcanın Patrik Varfolomeyin şərəfinə verdiyi səhər yeməyinin qonaqları

Yəni oktyabrın 25-də Ağ Evdə Partik Varfolomey və onun nümayəndə heyəti ilə görüşən Bayden heç bir problem olmadığı təqdirdə, Qlazqoda Ərdoğanla da görüşə bilər. Ərdoğanın əsəbiləşdiyi və terroru dəstəkləməkdə ittiham etdiyi Baydenlə üz-üzə görüşməkdə bu qədər israrlı olması qəribə görünməyə başlayıb. Bəlkə də, Ərdoğan düşünür ki, diplomatlar, xarici işlər nazirləri, müdafiə nazirləri vasitəsilə deyil, Baydenin özünə həqiqəti desəydi, onu mütləq razı sala bilər.

Əslində Ərdoğan iyunun 14-də NATO Zirvəsi çərçivəsində Baydenlə görüşəndən sonra mətbuat qarşısında çıxış edərkən görüşdə heç bir razılaşmanın əldə olunmadığını və bu görüşün Vaşinqtona səfər zamanı ilk nəbz yoxlaması kimi dəyərləndirmişdi. Çünki, o zaman Nyu-Yorkda BMT-nin Zirvə Toplantısında iki liderin daha ətraflı müzakirələr aparmaq ehtimalı da vardı və bu göyüş də baş tutmadı. Görüşün Romada G20 Sammiti və ya Qlazqoda İqlim Sammitinə keçiyildiyi bildirildi. Amma, deyəsən bu artıq əhəmiyyət kəsb etmir. Çünki Nyu Yorkda baş tutmayan görüş üçün Romaya çevrilən gözlər indi Qlazqoya çevrilmiş vəziyyətdədir…

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar