Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın XİN başçısının serial söhbəti gülüş hədəfinə çevrildi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfəri zamanı ölkəsinin Rusiyadakı səfirliyinin əməkdaşları ilə görüşündə səsləndirdiyi bir fikir gülüş obyektinə çevrilib.

İranla Cənubi Koreya arasında olan mübahisəli məsələ barədə bəhs etdikdən sonra mövzunu inkişaf etdirəcəyik.

Qərbin İrana nüvə proqramı ilə bağlı öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək tətbiq etdiyi sanksiyalar Tehranın bank əməliyyatları keçirməsini bloklayır.

İran Cənubi Koreyada 7 milyard dollar məbləğində vəsaitinin olduğunu bildirir, bu pulların geri qaytarılması üçün danışıqlar aparılsa da, nəticə ürəkaçan deyil.

Bu ilin sentyabr ayında İran Prezidenti İbrahim Rəisi ali lider Seyid Əli Xamneinin göstərişinə əsasən, Cənubi Koreyanın LG və Samsung şirkətlərinin istehsalı olan məişət texnikalarının idxalına qadağa qoyan əmr imzalayıb.

İranda hesab edirlər ki, Tehranın bu qadağası İranın dondurulmuş vəsaitləri məsələsini həll etmək üçün Cənubi Koreyaya təzyiq vasitəsi ola bilər.

Lakin İran cəmiyyətində fikirlər müxtəlifdir, məsələn, bəziləri düşünür ki, Cənubi Koreya məhsulları çox keyfiyyətlidir və onların bazardan sıxışdırılması Çin şirkətlərinə fayda verəcək.

İki ölkə arasındakı problemin qayəsinin bütün detallara varmadan qısa şəkildə çatdırdıq, indi isə Abdullahianın çıxışına qayıdaq.

Abdullahian səfirlik əməkdaşları ilə söhbətində cənubi koreyalı həmkarı Çunq Eui-Yonqla bu yaxınlarda baş tutan telefon danşığının detallarını açıqlayıb.

İlk baxışda təəccüblü bir şey yoxdur, lakin Abdullahianın özünü ölkəsinin təəssübkeşi göstərmək üçün gətirdiyi dəlil olduqca primitiv səslənib.

Cənab Abdullahian bildirib ki, koreyalı həmkarı ilə müzakirələrində ona deyib ki, Cənubi Koreya İranın blokadada qalan pullarınının geri qaytarılmasını təmin etsin.

Maraqlıdır ki, Abdullahian həmkarı ilə təhdid ritorikasında danışdığını da etiraf edib. Ancaq serial səviyyəsində.

Abdullahian həmkarına deyib ki, əgər Cənubi Koreya vədlərinə əməl etməsə, İran da Cənubi Koreya seriallarının ölkədə yayımlanmasına qadağa qoyacaq.

Onun diplomatik tərzə yaraşmayan arqumenti, seriallar səviyyəsində mühakimə yürütməsi sosial şəbəkələrin İran seqmentində gülüş obyektinə çevrilib və tənqidə səbəb olub.

Sosial mediada bildiriblər ki, bu cür təhdidlərin heç bir təsiri yoxdur.

Abdullahianın fikrindən çıxan nəticə budur ki, İranın Cənubi Koreya şirkətlərinə tətbiq etdiyi qadağa effektiv deyil, daha çox nəzəri xarakter daşıyır İranın öz iqtisadiyyatına zərər gətirir.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay