Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran generalı Qulaməli Rəşid: “Xaricdə altı ordu yaratmışıq...”

İranın yüksək rütbəli hərbi rəislərindən general Qulaməli Rəşid bildirib ki, İslam Respublikasının ölkə hüdudlarından kənarda “altı ordusu” var.

Virtualaz.org “Əl-Ərəbiyə” kanalına istinadən xəbər verir ki, general Qulaməli Rəşif İnqilab Keşikçiləri Korpusunun “Hatam əl-Anbiyə” hava hücumundan müdafiə bazasının komandanıdır. O, fəxrlə bildirib ki, İranın xaricdə yaratdığı “ordular” indi İslam Respublikasına işləyir.

General deyib ki, bu orduların ideoloji yükü var və onların missiyası İranı istənilən xarici hücumdan müdafiə etməkdir. Bu xarici ordular Livandakı “Hizbullah”dan, Fələstindəki HƏMAS və “İslami cihad”dan, Suriyada iranyönümlü qruplaşmadan, İraqda “Həşdi əş-Şaabi” qruplaşmasından və Yəməndəki husilərin “Ənsan Alla” qruplaşmasından ibarətdir.

Qulaməli Rəşid qeyd edib ki, İnqilab Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandiri general Qasım Süleymani öldürülməzdən əvvəl həmin xarici ordulardan bəhs etmişdi. “Bildirmişdi ki, o İran ərazilərindən kənarda altı ordu yaradıb”,-o xatırladıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Ən çox oxunanalar