Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa Rusiyadan özünü “Abrams” tankları və “Bayraktar”larla qorumağa çalışır

Polşa hakimiyyəti ölkənin Rusiya ilə sərhədlərində 250 “Abrams” tankı yerləşdirməyi planlaşdırır. Bu haqda müdafiə naziri Mariuş Blaşak yerli radioya müsahibəsində bildirib. Nazir deyib ki, 250 müasir tank ölkənin şərqində yerləşdiriləcək. Polşa bu tankları ABŞ-dan 2022-ci ilə qədər almağı planlaşdırır.

Polşanın ABŞ-dan yüzlərlə “Abrams” tankı almağa hazırlaşdığı bu ilin iyul ayında məlum olmuşdu. Bildirilirdi ki, söhbət “Abrams” tanklarının ən yeni modifikasiyası olan M1A2 “Abrams” SEPv3-lərdən gedir. Bu maşınların seriya istehsalı 2017-ci ildən başlayıb, təkmilləşdirilmiş müdafiə sisteminə və elektronikaya malikdir.

Polşa Rusiyanın mümkün hərbi müdaxiləsindən özünü müdafiə etmək üçün Türkiyədən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri də alır. Və bu məsələ Rusiyanı qıcıqlandırıb. Gözlənilir ki, prezidentlər Ərdoğan və Putin arasında yaxın günlərdə keçiriləcək danışıqlarda Rusiya tərəfi Türkiyənin Ukrayna və Polşaya bu döyüş PUA-larının satılmasından narazılığını çatdıracaq. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ən çox oxunanalar