Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Əfqanıstanda “Taliban”ın hakimiyyətini tanımayacaq

Fransa Əfqanıstanda "Taliban" hərəkatının hakimiyyətini tanımağı planlaşdırmır.

PİA.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin başçısı Jan-İv Le Drian “Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.

"Biz ölkəni güc yolu ilə tutmuş “taliblər”in hakimiyyətini tanımağa hazırlaşırıqmı? Bu suala aydın cavab verirəm: - xeyr", - nazir deyib.

O, vurğulayıb ki, "taliblər” rəsmi Parisin irəli sürdüyü tələbləri bilirlər. Le Drian qeyd edib ki, bu tələblərdən əsasları həyatları təhlükə altında olan əfqanlara ölkəni tərk etməyə imkan vermək, həmçinin terrorçularla əlaqələri kəsməkdir.

Fransanın Xarici İşlər Nazirliyinin başçısı xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq indi əsas planda üç məsələ dayanır: Əfqanıstanı terrorçuların hərəkətləri üçün platformaya çevrilməsinə yol verməmək, qarşıdakı aylarda əhalinin köçünə hazırlaşmaq və regional sabitliyin təminatıdır ki, Əfqanıstandakı vəziyyət bütün regionu sarsıtmasın.

Qeyd edək ki, Fransanın ictimai xadimləri ölkənin prezidenti Emmanuel Makrona Əfqanıstandan olan bütün qadın qaçqınlara sığınacaq verilməsi tələbi ilə müraciət ediblər.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar