Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağstafada 8 yaşlı qız ögey anası tərəfindən işgəncələrə məruz qaldı - Foto

Sosial şəbəkələrdə Ağstafa rayonunda ögey anası tərəfindən işgəncələrə məruz qalmış 8 yaşlı qızla bağlı görüntülər yayılıb. Görüntülərdə azyaşlının anasının vəfatından sonra qardaşı ilə birgə Səadət adlı ögey anasının himayəsində qaldığı deyilir. Qızcığaz analığının onları döydüyünü, şiddət göstərdiyini bildirir. O, bədənində çoxsaylı işgəncə izlərini göstərərək hamısının analığı tərəfindən edildiyini iddia edir: “Ürəyim bulandı, qusdum. Ona görə məni döydü. Həmişə döyür”.

Yayılan məlumatda həmçinin azyaşlıların nənəsi tərəfindən işgəncə faktının araşdırılması üçün Ağstafa rayon Polis Şöbəsinə müraciət edildiyi, araşdırmanın uzadılması bildirilir.

Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova bildirdi ki, hazırda bu məsələ ilə bağlı Ağstafa rayon polis şöbəsində araşdırma aparılır: “Araşdırma yekunlaşandan sonra məlumat veriləcək”.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov isə bildirib ki, iki gün əvvəl uşaqların nənəsi Zəminə Həsənova tərəfindən DİN-in 102 zəng xidmətinə, daha sonra Ağstafa rayon polis şöbəsinə ərizə ilə müraciət olunub. Ərizədə qeyd olunub ki, vəfat edən qızının uşaqlarına ögey anası tərəfindən fiziki zorakılıq göstərilib:

“Müraciətlə əlaqədar dərhal araşdırma başlanılıb. Qarşı tərəf, qadının özü, hətta uşaqlar da dəvət olunub və tərəflərin izahatları alınıb. Polisdən şikayətçiyə bildirilib ki, hadisə ilə bağlı tibbi ekspertizanın aparılması üçün nənənin ərizəsi lazımdır. Ekspertiza əsasında xəsarətin növü müəyyən olunmalı və araşdırma davam etdirilməlidir. Nənə isə heç bir şikayətinin olmadığını, uşaqlarını götürmək üçün belə etdiyini və nəvələrini götürərək Gəncə şəhərinə getdiyini bildirib.

Lakin bütün bunlara baxmayaraq hazırda Ağstafa polis şöbəsində araşdırma gedir. Yəqin ki, tezliklə məhkəmə-tibbi ekspertizası keçiriləcək. Digər aidiyyati qurumların əməkdaşları da dəvət olunacaq və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”. ("Qafqazinfo")

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Ən çox oxunanalar