Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Afrikada növbəti çevriliş - Tunisdə baş verən prezident çevrilişi xalq üçün nə vəd edir?

Türkiyə Xarici İşlər Nazirliyi: “25 iyul 2021-ci ildə Tunisdə Respublika Günü qeyd edilərkən xalqın iradəsini təmsil edən parlamentin fəaliyyətinin dayandırılması bizi çox narahat edir”...

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 27 iyul 2021-ci il

Tunis prezidenti Səid Covid-19 epidemiyası ilə şiddətlənən iqtisadi problemlər və “Enhanta” Hərəkatı lideri Qannuşi ilə arasındakı ziddiyyətlər nəticəsində “Qardaşlıq” hökumətini istefaya göndərdiyini, parlamentin fəaliyyətinin dondurduğunu və millət vəkillərinin toxunulmazlığını ləğv etdiyini bildirib.

Prezident 2014-cü il Konstitusiyasının 80-ci maddəsinə uyğun olaraq, səlahiyyətlərindən fövqəladə hallarda istifadə etdiyini qeyd edib. Kays Səid müraciətində, “Konstitusiyaya görə, bu qərarları Tunis dövlətini və Tunis xalqını xilas etmək üçün verdim. Bu, nə Konstitusiyanın funksiyasının dayandırılması, nə də konstitusiyanın legitimliyindən uzaqlaşmaqdır, biz qanun çərçivəsində çalışırıq”, deyib. Prezidentin bu qərarını “çevriliş” olaraq xarakterizə edən “Enhanta” Hərəkatı lideri Rəşid əl-Qannuşi və partiyası İnqilaba və Konstitusiyaya qarşı bir çevriliş edildiyini, öz partiyasının və Tunis xalqının isə inqilabı müdafiə edəcəyini bildirib.

Qeyd edək ki, 25 iyul Tunisdə respublikanın elan edilməsinin ildönümü idi. Bayram tədbirləri üçün küçələrə axışan insanlar şüarlar səsləndirib və əllərində “Qardaşlıq” hökumətin istefasını, parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edən şüarlar daşıyıblar. Ənənəvi olaraq bu milli gündə Tunis bayraqları dövlət qurumlarına və küçələrə asılmayıb. Xalq yaranmış vəziyyətə görə “Qardaşlıq” hökümətinin baş naziri Hisem Meşişi günahlandırıb.

“Enhanta” Hərəkatı və sekulyar respublikaçılar arasında bitməyən müharibə

Əvvəllər baş nazir və nazir vəzifələrində çalışmış şəxslərin də iştirak etdiyi 2019-cu ilin oktyabr ayında keçirilmiş prezident seçkilərində 26 yanvar 2014-cü ildə qəbul edilmiş Konstitusiyanın hazırlanmasında iştirak etmiş, keçmiş konstitusiya hüququ professoru olan müstəqil namizəd Kays Səid 72,71% səslə prezident seçilmişdi. Bu seçkilərdə ilk dəfə namizədliyini irəli sürən Ennahdanın namizədi ilk turdan kənarlaşdırılmışdı.

Elə həmin il keçirilən ümumi seçkilərdə Ennahda 217 yerdən ibarət parlamentdə 52 yerlə birinci oldu, lakin hökuməti qurmaq üçün çoxluq qazana bilmədi və 4 partiya ilə koalisiya hökuməti qurdu. Ennahda lideri Rəşid əl-Qannuşi Məclisin sədri təyin seçildi.

Ennahdanın son 10 illik tarixi məğlubiyyətlərlə doludur. “Ərəb baharı” adlanan hərəkatların başladığı günlərə qayıdaq və bu partiyanın nə olduğuna, hansı prosesləri keçdiyinə nəzər salaq.

“Ərəb Baharı”nın partiyası “Enhanta”

ABŞ “Ərəb Baharı” ilə yaradılan mühitdə “Müsəlman Qardaşlar”ın köməyi ilə bölgədə mülayim İslamı hakimiyyətə gətirmək layihəsinə başladı. Tunisdə baş verən inqilab zamanı Bin Əlinin hakimiyyətinin süqutundan sonra 22 il İngiltərədə mühacirətdə yaşayan Rəşid Qannuşi Tunisə gətirildi. 1981-ci ildən bəri qadağan edilən “Enhanta” partiyası rəsmiləşdi və 2011-ci ilin oktyabr seçkilərində iştirak etdi.

2011-ci il seçkilərində birinci partiya olan Ennahda rRspublika üçün Konqres və Sosial Demokrat “Ettakatol” partiyası ilə koalisyon hökuməti qurdu. “Enhanta” cəmiyyəti dini əsaslara dayanan islahatlara başladı və kadrlarını bütün dövlət qurumlarında yerləşdirmək üçün tələsik addımlar atdı. 6 min “Enhanta” üzvünü polis qüvvələrinə cəlb edərək təşkilat daxilində xüsusi bir polis qüvvəsi və paralel bir kəşfiyyat təşkilatı yaratdı. Həmçinin, qadınlar üzərində o qədər təzyiqlər artdı ki, qadınlar təkbaşına küçəyə də çıxa bilmədilər.

“Enhanta” hökuməti müxalifətə qarşı da şiddət dozasını artırdı. 6 fevral 2013-cü ildə Vətənpərvər Demokratlar Birliyinin prezidenti Şükrü Belayd öldürüldü. 6 ay sonra isə Xalq Cəbhəsinin koordinatoru və təsisçi Milli Məclis üzvü olan, həmçinin solçu və ərəb millətçisi olan Məhəmməd İbrahimi evinin qarşısında güllələndi.

İbrahiminin öldürülməsi artıq ən pik hədd idi. 2013-cü ilin avqust ayında Qurucu Məclisinin qarşısındakı Bardo meydanında etirazlar başladı. Bu etirazlar uğurla nəticələndi və 2014-cü ilin yanvarında elan edilən yeni sekulyar konstitusiya ilə “Qardaşlıq” tərəfdarladının hakimiyyət hərisliyinin qarşısı alındı. 2019-cu ildə qurulan “Qardaşlıq” hökuməti hakimiyyətdə olarkən xalqın yaşadığı yoxsulluq, işsizlik və iqtisadi problemlərə bir də Covid-19 əlavə edildi və vəziyyət daha da kəskinləşdi.

“Enhanta” hökumətin əsas nüvəsi olaraq problemlərə həll tapa bilmədi və üstəlik, prezidentliyi ələ keçirməklə dövləti tam ələ keçirməyə yönəlmiş hərəkətlərə yol verdi. Bir ay əvvəl isə “Enhanta” tərəfdarlarını paytaxtda toplayaraq Tunisin hər yerində nümayişlər keçirməyə başladılar.

“Ərəb Baharı” ilə hesablaşma

 

“Enhanta” lideri Qannuşinin etiraf etdiyi kimi, bu gün Tunisdə baş verən hadisələr 10 ildir davam edən “Ərəb Baharı” ilə hesablaşmaq xarakteri daşıyır.

Qeyd edim ki, Tunisdə fransız müstəmləkəçiliyindən­ qurtulmuş və 1957-ci ildə Həbib Burqibanın rəhbərliyi altında müstəqilliyini qazanan güclü bir Burqiba damarı var. Mən şəxsən tunisli qadınların və gənclərin 2013-cü il müqaviməti dövründə qadınları qəfəsə salmaq istəyən “Qardaşlıq” sisteminə qarşı qətiyyətinin şahidi oldum.

Burqiba Naşirçi Atatürkün yolunu davam etdirən bir lider idi. 1959-cu ildə İslamı dövlətin rəsmi dini olaraq qorumaqla yanaşı, həm də sekulyarlaşdırma prosesinə başladı. Çoxarvadlılıq qadağan edildi, nikah və boşanmada şəriət yerinə, qanuni qaydalar tətbiq edildi. O, həm də qərəzsiz xarici siyasət yeridirdi. Ərəb milli sosializminin tərəfdarı olan Burqiba 1987-ci ildə baş nazir Zeynel Abidin bin Əli tərəfindən devrildi.

Təmizlənmə

Bazar günü səhər başlayan şənliklər “Qardaşlıq” hökumətinə qarşı bir etiraza çevrildi və xalq prezidentin tərəfinə keçdi. Axşam prezident Kayser Səid hərbiçilər və vacib bürokratlarla keçirdiyi toplantıda bu qərarları verdi və daha sonra küçəyə çıxaraq etirazçılarla görüşdü.

Başqa sözlə, ölkənin təhlükəsizlik qüvvələrinin və xalqın prezidentin yanında olduğu görülür. Digər tərəfdə isə “Enhanta” Qardaşlığı var. “Enhanta” lideri və Məclis sədri Qannuşin əsgərlərin Məclis binasına girməsinin qarşısını ala bilib. Baş nazir Hişem Məşişi isə heç yerdə görünmür.

Türkiyədən və dünyadan reaksiyalar

Hələlik Qərb dünyası Tunisdəki hadisələr qarşısında susur. İlk reaksiya Türkiyədən gəlib. Xarici İşlər Nazirliyinin açıqlamasında: “25 iyul 2021-ci ildə Tunisdə Respublika Günü qeyd edilərkən xalqın iradəsini təmsil edən parlamentin fəaliyyətinin dayandırılması bizi çox narahat edir”, deyə qeyd edib.

AKP spikeri Ömer Çelik də “Twitter” hesabından yazdığı açıqlamada: “Dost və qardaş ölkə olan Tunisdə seçilmiş parlamentin fəaliyyətinin dayandırılması və hökumətin istefası siyasi legitimliyə zərbədir”, deyib.

Digər diqqətçəkən bir açıqlama da Gələcək Partiyasının sədri Əhməd Davudoğlu tərəfindən gəlib. Davutoğlu “Twitter” hesabında “Ərəb Baharı”ndan sonra demokratiyaya keçid təcrübəsinin dinc yolla davam edən yeganə ölkə olan Tunisdə prezident vasitəsilə həyata keçirilməyə cəhd edilən çevriliş cəhdini ən sərt şəkildə qınadığını bildirib.

Davudoğlu həm də Ərdoğana çağırış edərək: “Bu gün Tunisə bir heyət göndərilməlidir”, yazıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Tunis Qannuşi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

MSK Qələndər Muxtarlının şikayətini təmin etməyib

Rusiyada Böyük Vətən müharibəsində həlak olan 268 nəfərin qalıqları dəfn olunub

Ən çox oxunanalar