Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Döyüş yoldaşlarının xatirəsini yaşadan Vətən əsgəri - Foto

Tale onu doqquz dəfə cərrahiyyə masasına uzanmağa məcbur edib. Haqq savaşına qalxan Vətən müdafiəçisi ötən il oktyabrın 16-da Füzulinin Alxanlı kəndi uğrunda gedən döyüşlər zamanı onurğasından ağır qəlpə yarası alıb.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, Anar Rasim oğlu Həsənov 2000-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Doğma kənddə orta təhsilin başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Anar əsgəri xidmətini başa vurub evə qayıdandan beş ay sonra Ermənistan ordusunun təxribatlarına cavab vermək üçün yenidən Milli Ordu sıralarına dönüb. Sentyabrın 27-dən o, döyüşün ön xəttində idi.

Vətən müharibəsi qazisi indiyədək Türkiyənin "VM Park Pendik Medical"da müalicə olunur. Minaatanın qəlpəsi sinirlərini zədələdiyi üçün yeriyə bilmir. Özünün dediyinə görə, bədəninin yarı hissəsi demək olar ki, hissiyyatını itirib: "Əvvəlkinə nisbətən müalicələrdən sonra səhhətim indi daha yaxşıdır. Vətən üçün döyüşmək lazım gələrsə, yenə də heç nəyimi əsirgəmədən canımı bu torpağa fəda edərəm".

"Hərbi xidmətlərinə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilən Qarabağ qazisi göstərilən dövlət qayğısından razıdır. O, bütün müalicə xərclərini ödədiyinə görə, "YAŞAT" Fonduna minnətdarlığını bildirir.

Ömrünün 20-ci ilinə ötən il oktyabrın 3-də döyüş meydanında qədəm qoyan Anar növbəti ad gününü düşmən əsarətindən azad etmək üçün qan axıtdığı Füzuli torpağında qeyd etmək istəyir. Onun bir arzusu da həmin gün onunla bir səngərdə döyüşənləri xatırlamaq, torpaq uğrunda canını fəda edənlərin əziz və unudulmaz xatirəsinə şam yandırmaqdır. O, hər il öz ad günündə bunu etməklə döyüş yoldaşlarının xatirəsini yaşatmaq istəyir...

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay