Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oliqarxlar Pirşağıda dənizə gedən yolları hasarlayıb

Bakının Pirşağı kəndində bahalı villa sahibləri Xəzərsahili ərasiləri hasarlamaqla yerli sakinlər və istirahətə gələnlərə ciddi problemlər yaradıblar.

PİA.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Pirşağı çimərliyini zəbt edənlər hətta prezidentin xəbərdarlıqlarına da əhəmiyyət vermirlər:

“Onlar yerli sakinlər və istirahətə gələn insanlarla siçan-pişik oyununu davam etdirirlər.

Villa sahibləri dənizə qədər hasarlar tikmişdilər. İllərdir bu mövzuda yazdım, media da işıqlandırdı. Villa sahibləri məcbur qalıb dəmir hasarları yığışdırdılar, ancaq dözməyərək bir müddət sonra yenə dənizə girişləri betonlarla hasarladılar. Mübarizə davam etdiyindən oliqarxlar beton hasarları sökmək məcburiyyətində qaldılar. Üstəgəl Pirşağıda ictimai çimərlik çalışmaları getdiyindən və prezident də bir neçə ay əvvəl kəndə gələrək, yenidərquma işlərinə start verdiyindən düşünmək olardı ki, bahalı villa sahibləri bu dəfə “dənizi hasarlarla bağlayacam” siyasətlərinə son verəcəklər. Ancaq villa sahibləri olan oliqarxlar bu dəfə də “sübut etdilər” ki, onlar hamıdan güclüdürlər. Villa sahibləri dənizə girişi yenə də iki tərəfdən qapatdılar”.

“…Qarabağ yenidən qurulmalı və “ağıllı kəndlər” həyata vəsiqə qazanmalıdır. İnanmaq istərdim ki, Qarabağ Azərbaycanın başqa bölgələri kimi “daş hasarlara” təslim olmayacaq, “ağıllı kəndlər”dəki evlər qədimdə olduğu kimi sadə çəpərlərlə bir-birindən ayrılacaq. Sivil dövlətlərin çoxunda heç bu da yoxdur” deyən E.Şahinoğlu müvafiq qurumları Pirşağıdakı biabırçılığa əncam çəkməyə çağırıb.(AzToday.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

Ən çox oxunanalar