Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda təhsilin bütün pillələrində nəticələr utancvericidir“ - Məktəb psixoloqu

“Bu gün hər bir təhsil işçisinin nə qədər acı olsa da, etiraf etməli olduğu bir həqiqət var: ölkə təhsili artıq məktəbdən çıxıb, tədricən köçüb özəl təhsil müəsisələrinə və repetitor evlərinə”.

Bu fikirləri məktəb psixoloqu Famil Səfərov deyib. Psixoloq sherg.az-a açıqlamasında vurğulayıb ki, əgər bu əvvəllər yuxarı siniflərdən başlayırdısa, indi təhsilin erkən çağlarından başlayır və artıq kütləvi hala çevrilib: “Bu bərbad, qeyri-peşəkar idarəçiliklə, tamamilə bu xalqın etnopedoqoqikasına, bu günün təhsilalanın psixo-intellektual səviyyəsinə uyğun olmayan Təhsil Proqramı ilə, bu Proqramın tədrisinə əsla hazırlanmayan təhsilverənlər ilə vəziyyət bu hala gəlib. Həmçinin, gərəksiz informasiyalarla doldurulmuş, heç bir pedaqoji-psixoloji psinsiplərə cavab verməyən dərsliklər, dağılmış təlim-tədris infrakstrukturu və laboratoriyalar ilə... və daha nələr ilə sadalayıb ürəyinizi bulandırmaq istəmirəm. Odur ki, təhsilə bu yalnış və uğursuz kompleks yanaşmanın nəticəsi olaraq, bu gün təhsilin bütün pillələrində nəticələr utancvericidir. Pedaqoji heyətin 80 faizindən çoxu kurikulumun tədrisini qəbul olunmuş mövcud təlim standartlarına uyğun apara bilmir. Yuxarı sinif şagirdləri ibtidai sinif proqramı səviyyəsində adi riyazi əməliyyatları edə bilmir. Həmçinin kiçik bir mətndə saysız-hesabsız səhvlər buraxır, hətta bəziləri, ümumiyyətlə, heç yazıb oxumağı bacarmır”.

F.Səfərov əlavə edib ki, nəticə etibarı ilə, gəlin etiraf edək ki, bu gün şagird məktəbə sadəcə qaliçka xatirinə, vaxtını keçirməyə və icbari təhsil haqqında sənəd almağa gəlir: “Görünən odur ki, bu durum həm təhsili bu vəziyyətə salanları, həm qulağı dinc olmaq istəyən valideynləri, həm onsuz da əməyinə layiqincə dəyər verilməyən pedaqoji heyəti və sinifə girib 45 dəqiqəsini birtəhər yola vermək istəyən müəllimi də qane edir. Əlbəttə, hazırda az da olsa, Azərbaycan təhsilində hələ öz peşəsinin vurğunu, fənnini nəyin bahasına olursa olsun, yüksək peşəkərlıqla tədris edən səriştəli müəllimlərimiz kifayət qədərdir. Bu fədakar insanların qarşısında böyükdən kiçiyədək, hamımız baş əyməliyik, onlara səbr, dözüm və can sağlığı arzulayıram”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Ən çox oxunanalar