Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniya millisi 8 qolun vurulduğu matçda Xorvatiyanı əlavə vaxtda üstələdi

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Turnirin favoritlərindən İspaniya millisi Xorvatiya ilə qarşılaşıb. Danimarkanın paytaxtı Kopenhagendəki "Parken" stadionunda oynanılan və türkiyəli FIFA referisi Cüneyt Çakırın idarə etdiyi görüş Pireney təmsilçisinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı xorvatiyalılar açıblar. 20-ci dəqiqədə Pedrinin geriyə ötürdüyü topu qapıçı Unay Simon ayağının altından buraxıb. Kuryoz qolla hesabda geri düşən Luis Enrikenin baş məşqçi olduğu kollektiv 38-ci dəqiqədə tarazlığı bərpa edib. Bərabərlik qolunun müəllifi Pablo Sarabiya olub. İlk hissə bu hesabla başa çatıb. 57-ci dəqiqədə İspaniya yığması hesabı öz xeyrinə dəyişib. Bu dəfə Sesar Asplikueta fərqlənib. 77-ci dəqiqədə rəqib müdafiəçinin kobud səhvindən istifadə edən Ferran Torres komandasının üstünlüyünü 2 topa çatdırıb. Lakin ruhdan düşməyən Xorvatiya millisi əvvəlcə 85-ci dəqiqədə Mislav Orşiçin qolu ilə fərqi azaldıb. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə Mario Paşaliç hesabı bərabərləşdirib. Nəticədə qarşılaşmada əlavə vaxt oynanılıb. 100-cü dəqiqədə Alvaro Morata İspaniyanı yenidən hesabda önə keçirib. 3 dəqiqə sonra isə Mikel Oyarzabal fərqlənərək oyunda son nöqtəni qoyub. Beləliklə, 5:3 hesablı qələbə qazanan pireneylilər 1/4 finala vəsiqə qazanıblar.

Qeyd edək ki, İspaniya yığmasının növbəti mərhələdəki rəqibi bu gün keçiriləcək Fransa - İsveçrə matçının qalibi olacaq. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Ən çox oxunanalar