Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibədə Azərbaycan ordusuna 400 min dollar yardım etdiyi deyilirdi, indi də 100 min avrodan imtina etdi..

Türkiyənin məşhur müğənnisi, meqa-star Ajda Pekkan Qurban bayramı günlərində Azərbaycanda hansısa əyləncə mərasimində çıxış etmək təklifi alıb. Türkiyə KİV-lərinin xəbərlərinə görə, ona 100 min avro qonorar vəd edilib. Lakin müğənni bu təklifdən imtina edib, çünki bu yay ayları ərzində Bodrumdan kənara çıxmaq fikrində deyil və bütün yayı oradakı villasında keçirəcək.

Dəvətin hansı otel və ya fərdi şəxs tərəfindən edildiyi göstərilmir. Ajda Pekkan ötən ilin payızında Qarabağda müharibə gedərkən Azərbaycana dəstək mesajları ilə çıxış etmişdi. Düşmən Gəncəni gecə yarısı ballistik raketlə atəşə tutaraq onlarla dinc sakinin ölümünə səbəb olanda müğənni özünün İnstagram səhifəsindən yazmışdı:

Azərbaycanlı qardaşlarıma gecə yarısı yataqda üzərlərinə bomba atılmasını şiddətlə qınayıram. Torpaqlarını geri almaq üçün canını fəda etməyə hazır olan əsgərlərimizə və ən başda hörmətli İlham Əliyevə uğurlar diləyirəm”.

Ajda Pekkan daha sonra “Dünyamıza sülh və barış” arzu edib, Türkiyə olaraq daim Azərbaycanın yanında olacaqlarını ifadə edib. Həmin günlərdə Türkiyə mediası yazıb ki, Ajda Pekkan Azərbaycana sözlə dəstək verməklə kifayətlənməyib və Orduya Yardım Fonduna 400 min dollar ianə edib. Hərçənd müğənninin özünün bu haqda paylaşımı və ya açıqlaması yoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay