Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Norveçdə ümumavropa koronavirus sertifikatları tətbiq ediləcək

Norveç hökuməti ölkədə ümumavropa koronavirus sertifikatları tətbiq edilməsini qərara alıb.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, hökumətin həmin qərarına əsasən bundan sonra bu ölkəyə yalnız tam vaksinləşdirilmiş və ya son altı ay ərzində koronavirus xəstəliyi keçirmiş və ya koronavirus testlərinin neqativ nəticələri qüvvədə olan insanlar gələ biləcək. Belə şəxslər Norveçə gələn halda onların zəruri karantin keçmələri, təkrar test aparılması və qeydiyyatdan keçməsi əvəzinə Krallıqda artıq tətbiq olunan xüsusi sertifikatlar təqdim etmələri kifayətdir.

Avropa İttifaqının yeni koronavirus sertifikatları iyulun 1-dən qüvvəyə minəcək. Bu tarixdən etibarən Avropa İttifaqına və Avropa İqtisadi Zonasına daxil olan ölkələrin əksəriyyətində əcnəbilərin həmin ölkələrə daxil olmasının təhlükəsizliyini təmin etməyə imkan verən texnoloji qərarlar tam əlçatan olacaq. Hazırda bu sertifikatlar vaksinləmənin sənədləşdirilməsi, COVID-19-dan müalicə olunmağın təsdiqi və ya Aİ-nin həmin vasitəsinə qoşulmuş ölkələrə səfərlər zamanı testin neqativ nəticəsini təsdiqləyən vasitə kimi istifadə edilə bilər. Qüvvədə olma müddəti 90 günə bərabər olan sertifikat mobil qurğulara yüklənə və ya poçtla göndərilə bilər.

Beləliklə, Norveç hökumətinin qərarına əsasən iyunun 24-dən etibarən Krallıq həmin təşəbbüsə qoşulmuş Avropa İttifaqına və Avropa İqtisadi Zonasına daxil olan ölkələrin koronavirus sertifikatlarını yoxlaya biləcək.

Qeyd edək ki, hər bir ölkədə həmin ölkəyə gəlmə qaydaları fərqli ola bilər. Avropa İttifaqı və Avropa iqtisadi zonası ölkələrində qüvvədə olan qaydalarla reopen.europa.eu saytında tanış ola bilərsiniz.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Ən çox oxunanalar