Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Rus İcması Vəkil Abdullayevin ölümü ilə bağlı bəyanatla çıxış edib

İyunun 5-də Azərbaycan Rus İcmasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mixail Zabelin Vəkil Abdullayevin ölümü ilə bağlı bəyanatla çıxış edib.

"Report" xəbər verir ki, bəyanatda deyilir:

Azərbaycan Rus İcması Rusiya Federasiyasının Novosibirsk vilayətində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin güllələnməsi ilə nəticələnmiş faciəli hadisəyə görə dərin narahatlığını bildirir.

Azərbaycan Rus İcması, respublika ictimaiyyəti belə hesab edə bilərdi ki, faciəli hadisə təsadüf nəticəsində baş verib, lakin, əgər Rusiya Federasiyası İctimai Palatasının üzvü, “Yedinaya Rossiya” partiyasından RF Dövlət Dumasına deputatlığa namizəd Mariya Butinanın polis işçisinin cinayətkar əməllərinə haqq qazandıran, Rusiya ictimaiyyətini istintaq orqanlarına təzyiq göstərməyə məcbur etmək məqsədilə millətlərarası ayrı-seçkiliyi qızışdıran təxribatçı sözləri olmasaydı, biz əmin olardıq ki, Rusiyanın istintaq orqanları bu faciəni hərtərəfli araşdıracaq və polis işçisi – baş leytenant A.Qusev layiqli cəzasını alacaq.

Mariya Butinanın sözləri bizə - beynəlmiləl, multikultural Azərbaycan cəmiyyətində yaşayan rus vətəndaşlarına açıq-aşkar millətçilik və şovinizm təsiri bağışladı.

Respublikanın 120 minlik rus əhalisini təmsil edən Azərbaycan Rus İcması M.Butinanın təxribatçı bəyanatlarına qəti etirazını bildirir.

Biz əminik ki, “Yedinaya Rossiya” partiyasının və Rusiya Federasiyası İctimai Palatasının rəhbərliyi öz nümayəndəsinin millətçi fikirlərinə prinsipial qiymət verəcək və hesab edirik ki, Rusiya Federasiyasının mötəbər orqanlarında belə bir insana yer olmamalıdır.

Azərbaycan Rus İcması ümidvar olduğunu bildirir ki, Rusiya ictimaiyyəti, ölkə parlamenti və hökuməti millətlərarası sülhün qorunub saxlanılması üçün zəruri tədbirlər görəcək. Biz əminik ki, iki xalq arasında dərin köklərə malik ənənəvi dostluq və qardaşlıq əlaqələri bundan sonra da genişlənəcək”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar