Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya İran hərbiçilərinin Ermənistan ordusuna təlim keçməsinə imkan verəcək?

İran Ermənistana ali rütbəli hərbi müşavirlər göndərib...

Politoloq: “Rusiya həm təlim baxımından, həm də ordunun silah təchizatı baxımından Ermənistanın Rusiyadan asılılığını istəyir. Alternativin olması və qonşu İran kimi bir dövlətin bu yöndə iddiasını ortaya qoyması Ermənistanın nisbətən daha müstəqil siyasət yürütməsinə yol açır”.

“Bu məsələ Rusiyanın geosiyasi marağı kontekstində baş verən məsələ deyil. Əksinə bu eynən Qərbin etdiyi kimi Ermənistanı Rusiyanın orbitindən çıxmağa yönəlik bir hadisədir”.

Bu sözləri politoloq Natiq Miri İran generallarının Ermənistanda hərbi təlim keçmələrinə Rusiyanın münasibətini PİA.az-a şərh edərkən qeyd edib.

Mətbuatda yayılan məlumara görə İran Ermənistana ali rütbəli hərbi müşavirlər göndərib. Hərbi müşavirlər Ermənistan ordusunun döyüş hazırlığının yüksəldilməsi üçün bu ölkəyə göndərilib.

Yazıda həmçinin bir müddət əvvəl İrana məxsus PUA-ların Azərbaycan sərhədində uçuş həyata keçirməsi də xatırladılıb. Qeyd olunub ki, İran PUA-larının kəşfiyyat uçuşları təsadüfi deyil, məqsədyönlü xarakter daşıyır. Belə ki, bununla İran Naxçıvanda keçirilən təlimlər və Azərbaycan ordusunun Qarabağdakı bölmələrinin yerdəyişmələri barədə Ermənistana məlumat ötürür.

Bəs Rusiya İran hərbiçilərinin Ermənistan ordusuna təlim keçməsinə imkan verə bilərmi və bu fakta Rusiya necə reaksiya verə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Görünür Rusiyaya alternativ dövlətin olması da, Ermənistanın xarici siyasətnə uyğundur”.

Ermənistan Rusiyaya möhtac olduğu təqdirdə Rusiyanın çox rahatlıqla Ermənistanı idarə edə biləcəyi vəziyyətinin yarandığını vurğulayan politoloq PİA.az-a bildirib ki, İran generallarının Ermənistanda təlim keçməsi Rusiya üçün qıcıq yaradan məqamdır:

“Əlbəttə ki, bu Rusiyanın xoşuna gələn bir durum deyil. Çünki Rusiya Ermənistan ordusunun Rusiyanın nəzarətində olmasını istəyir. Həmçinin də Rusiya həm təlim baxımından, həm də ordunun silah təchizatı baxımından Ermənistanın Rusiyadan asılılığını istəyir. Alternativin olması və qonşu İran kimi bir dövlətin bu yöndə iddiasını ortaya qoyması Ermənistanın nisbətən daha müstəqil siyasət yürütməsinə yol açır. Halbuki, Rusiya Ermənistanın müstəqil siyasət yürütməsini istəmir.

Ermənistan Rusiyaya möhtac olduğu təqdirdə Rusiyanın çox rahatlıqla Ermənistanı idarə edə biləcəyi vəziyyət yaranır. Buna görə də İran generallarının Ermənistanda təlim keçməsi Rusiya üçün qıcıq yaradan məqamdır. Ayrıca bu təkcə Ermənistanın Rusiyanın orbitindən çıxması anlamına gəlməklə bərabər, həm də Rusiya silahlarının tədricən Ermənistan tərəfindən alınmasının qarşısına bir səd çəkir. Çünki informasiyalara görə bu təkcə təlimlərlə bağlı məsələ deyil. Eyni zamanda müasir, xüsusilə də hücum raketlərinin İrandan alınması məsələsinin də müzakirə obyekti olduğu bildirilir. Bu da o deməkdir ki, Ermənistan artıq Rusiya silahlarına o qədər də etibar etmir. Xatırlayırsınızsa, Ermənistanln baş naziri Nikol Paşinyan da “İsgəndər M” raketləri haqqında dediyi sözlər hələ də Rusiyada qıcıqlandırıcı durum yaradıb. Məhz bu məsələnin açıqlanması beynəlxalq səviyyədə Rusiya hərb maşınına ciddi zərbələr vurdu.

Natiq Miri: “Eyni zamanda müasir, xüsusilə də hücum raketlərinin İrandan alınması məsələsinin də müzakirə obyekti olduğu bildirilir. Bu da o deməkdir ki, Ermənistan artıq Rusiya silahlarına o qədər də etibar etmir”.

Buna görə düşünürəm ki, bu məsələ Rusiyanın geosiyasi marağı kontekstində baş verən məsələ deyil. Əksinə bu eynən Qərbin etdiyi kimi Ermənistanı Rusiyanın orbitindən çıxmağa yönəlik bir hadisədir. Sadəcə indiki vəziyyətdən İran da yararlanmağa və bölgədə təsir imkanlarını daha çox artırmağa çalışır.

Görünür Rusiyaya alternativ dövlətin olması da, Ermənistanın xarici siyasətnə uyğundur. Bu da onu göstərir ki, Nikol Paşinyanın idarə etdiyi siyasi güc mərkəzi iyulun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gələrsə və höküməti qura bilərsə, Rusiyanın orbitindən uzaqlaşma siyasəti yürüdüləcək”.

Nərminə UMUDLU
pia.az


Etiket: İran-Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar