Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gərgin İsrail-Türkiyə münasibətləri... - Azərbaycan sona qədər kənarda qala biləcəkmi?

İsrail-Türkiyə münasibətlərinin tamamilə pozulması halında bu gərginliyin Azərbaycana hansı təsirləri ola bilər?..

Politoloq: “Azərbaycanın bu proseslərdən ciddi zərər alması mümkün deyil. Çünki İsrailin Azərbaycandakı geosiyasi maraqları ilə Fələstin-İsrail qarşıdurmasında heç bir əlaqə yoxdur”.

“İsrail həm Türkiyənin rəhbərlik etdiyi İslam Dövlətləri Birliyi və Təşkilatı fonunda, həm də beynəlxalq səviyyədə edilən təzyiqlər fonunda havadan bombardman, planlaşdırdığı quru əməliyyatlarını dayandırmasa, Türkiyə-İsrail arasındakı normal münasibətlər sistemindən danışmaq mümkün olmayacaq”.

Bu sözləri politoloq Natiq Miri İsrail- Fələstin müharibəsi fonunda İsrail-Türkiyə münasibətlərinin yenidən ən pik səviyyədə gərginləşməsini və bunun Azərbaycana təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

İsrail- Fələstin müharibəsi fonunda İsrail-Türkiyə münasibətləri yenidən ən pik səviyyədə gərginləşib. Ermənilər isə bundan istifadə etməyə şalışırlar. Bu gərginliyin Azərbaycana hansı təsirləri ola bilər? Ümumiyyətlə sonuna qədər Azərbaycan sonuna qədər gərgin İsrail-Türkiyə münasibətlərindən özünü kənarda saxlaya biləcəkmi?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Qlobal səviyyədə İsrailin Fələstində həyata keçirdiyi zülmə qarşı mübarizə aparan yeganə aparıcı dövlət məhz qardaş Türkiyədir”.

Azərbaycanın prosesə ciddi müdaxilə etməli olmadığını vurğulayan politoloq PİA.az bildirib ki, Bakının bu prosesi öz əleyhinə çevirmək kimi bir məqsədi və ehtiyac yoxdur. Yəni İsrail-Azərbaycan münasiblərinə xələl gətirilməsi hər iki dövlətin geosiyasi maraqlarına xidmət etmir:

“Bu məsələ Azərbaycanın birbaşa məsələsi deyil. Fələstin-İsrail məsələsində bir çox maraqlar və məqsədlər mövcuddur və bu maraq və məqsədlər Azərbaycanı əlaqədar etmir. İndiki vəziyyətdə Azərbaycanın prosesə müdaxiləsi heç də prosesə yardım etməyəcək, lakin bu müdaxilə Azərbaycana müəyyən problemlər yarada bilər.

Doğrudur qardaş Türkiyə prosesdə aktiv iştirak edir. Bu da onunla əlaqədardır ki, Türkiyə islam dünyasında islamın bayrağını daşıyacaq yeganə ölkədir. Türkiyə zülmə qarşı olan yeganə ölkə olduğu üçün bütün yerlərdə, bütün coğrafiyalarda əzilmiş, məzlum xalqlara hər zaman yardım əlini uzadıb. Düşünürəm ki, bu İsrail-Fələstin məsələsində də belədir.

Xatırladım ki, İsrail-Fələstin hadisələri yaşamadan öncə Türkiyə və İsrailin münasibətlərinin yenidən tənzimlənməsi ilə bağlı danışıqlar prosesi gedirdi. Hətta Azərbaycan bu məsələdə vasitəçilik edəcəyini dəfələrlə vurğulamışdı. Amma fikir verirsinizsə, regionda vəziyyəti gərginləşdirmək istəyən gizli qüvvələr var. Bu da nəticə etibarilə yenidən dünyanın gündəmini zəbt edən İsrail və Fələstin arasında növbəti münaqişəyə səbəb oldu.

Natiq Miri: “Yaxın çərçivədə Azərbaycanın İsrail-Fələstin münaqişəsinə müdaxiləsi olmayacaq”.

İsrail həm Türkiyənin rəhbərlik etdiyi İslam Dövlətləri Birliyi və Təşkilatı fonunda, həm də beynəlxalq səviyyədə edilən təzyiqlər fonunda havadan bombardman, planlaşdırdığı quru əməliyyatlarını dayandırmasa, Türkiyə-İsrail arasındakı normal münasibətlər sistemindən danışmaq mümkün olmayacaq. Çünki bu gərginlik daha da artacaq. Bu məsələ də təkcə Türkiyə və İsrail arasında deyil, həm İslam dünyası ilə İsrail arasında, həm də ABŞ-Türkiyə arasında olan prosesləri gərgin müstəviyə daşıyacaq.

Buna görə də İsrail bu məsələləri mütləq mənada nəzərə almalıdır. Yəni fələstinlilərin evləri və torpaqları sayəsində İsrail böyütmək siyasəti 1948-ci ildən bəri davam edir. Bu prosesi gec-tez dayandırmağa ehtiyac var. Yalnış siyasət sülh deyil, zülm gətirirsə, bunun qarşısını alacaq qüvvələr olmalıdır. Belə güc isə bu gün Türkiyədir. Doğrudur Həmasa müəyyən silahların verilməsində qonşu İran da prossesdə ciddi şəkildə iştirak edir. Ancaq qlobal səviyyədə İsrailin zülmünə qarşı mübarizə aparan aparıcı dövlət məhz qardaş Türkiyədir.

Düşünürəm ki, bu missiyanı, bayrağı sona qədər daşımağı Türkiyə öz qarşısına məqsəd qoyub. Bu məsələni biz təkcə Fələstində deyil, Suriyada, Liviyada, eyni zamanda Qarabağda gördük. Türkiyə hər zaman müsəlmanların və əzilən, zülmə məruz qalan xalqların yanında olub. Türkiyənin Fələstinə dəstəyi də əslində bu siyasətin davamı kimi düşünülməlidir.

Natiq Miri: “İsrail hərbi əməliyyatları dayandırmadan Azərbaycanın bu məsələyə təsir imkanları yox dərəcəsindədir”.

Hesab edirəm ki, yaxın çərçivədə Azərbaycanın İsrail-Fələstin münaqişəsinə müdaxiləsi olmayacaq. Çünki İsrail hərbi əməliyyatları dayandırmadan Azərbaycanın bu məsələyə təsir imkanları yox dərəcəsindədir. Əgər bu məsələ beynəlxalq səviyyədə tənzimlənərsə və İsrail-Fələstin arasında qarşıdurma dayanarsa, konkret sülh anlaması əldə olunarsa, gələcək perespektivdə Türkiyə-İsrail münasiblərindən söhbət gedə bilər. Bu zaman da Azərbaycanın vasitəçiliyindən yararlanmaq mümkündür.

Bildiyimiz kimi Azərbaycanın İsraillə münasibətləri çox yüksək səviyyədədir. Düşünürəm ki, İsraildə də bir çox siyasət və hökumət nümayəndələri var ki, onlar həqiqətən Azərbaycanı sevirlər. Bu baxımdan da Azərbaycanın Türkiyə və İsrail arasındakı vasitəçilik imkanları mövcuddur. Amma bunun üçün bir daha qeyd edim ki, gedən bombardmanın və ağrılı prosesin dayanmasına ehtiyac var.

Bunun üçün də Türkiyə rəhbərliyi ilə İslam təşkilatları ilə araya gəlir və konkret qərarlar qəbul edirlər. Eyni zamanda bu məsələ beynəlxalq səviyyəyə daşınır. Birləşmiş Millətlər Təşkilatında da bu məsələ müzakirə obyekti olacaq. Hətta Fələstin və İsrailin nümayəndələri müzakirə üçün BMT-dən dəvət alıblar. İsraili dayandıra biləcək güc əslində beynəlxalq toplumun bu məsələyə verəcəyi redaksiyadan asılıdır. Yalnız bundan sonra münasibətlərin tənzimlənməsindən danışmaq olar.

Natiq Miri: “İsraili dayandıra biləcək güc əslində beynəlxalq ictimaiyyətin bu məsələyə verəcəyi redaksiyadan asılıdır”.

Konkret olaraq isə Azərbaycanın bu proseslərdən ciddi zərər alması mümkün deyil. Çünki İsrailin Azərbaycandakı geosiyasi maraqları ilə Fələstin-İsrail qarşıdurmasında heç bir əlaqə yoxdur. Doğrudur Fələstində müsəlmanlar yaşayır. Amma indiki real vəziyyətdə Azərbaycanın bu prosesə öz ağırlığını qoyaraq istiqaməti dəyişmək imkanları məhduddur. Buna görə də düşünürəm ki, əgər bir prosesə ciddi mənada təsir imanların yoxdursa, prosesə yalançı müdaxilələr, bu prosesi öz əleyhinə çevirmək Azərbaycan dövlətinin marağında deyil.

Həmçinin də Fələstində Fələstininin özünün əleyhinə işləyən elə siyasi çevrələr var ki, onlar İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Bütün bu həssas məqamları düşünəndə görünür ki, Azərbaycan prosesə ciddi müdaxilə etməli deyil. Bu prosesi öz əleyhinə çevirməyə ehtiyac da yoxdur. Yəni İsrail-Azərbaycan münasiblərinə xələl gətirmək hər iki dövlətin geosiyasi maraqlarına xidmət etmir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar