Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı... - Bunun müsbət nəticələrini vətəndaşlar hiss edəcək?..

Əhalinin ən çox şikayət etdiyi qurumlardan biri olan İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması sosial layihələrin əlçatımlı və şəffaf olmasını təmin edəcəkmi?..

Əkrəm Həsənov: “İpoteka Kreditləri və Zəmanət Fondundan narazılıq çoxdur. Bunun da əsas səbəbi odur ki, Fondun fəaliyyəti qeyri-şəffafdır”.

Vüqar Orucov: “Prezidentin İpoteka və Kredit Zəmanət Fondu barədə verdiyi fərman fondun daha da güclənməsinə və inkişafına səbəb olacaq”.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana görə İpoteka və Kredit Zəmanət Fondunun məbləği 161 milyon artırılıb. Məlumdur ki, bu qurumun işi heç də qənaətbəxş deyil və demək olar ki, çox şikayət də elə bu qurumdadandır.

Fondun nizamnamə kapitalının artmasının əsas məqsədi nədir və bunun ümumilikdə müsbət təsirləri olacaqmı, yoxsa neqativ hallar yenə də davam edəcək?

Mövzunu PİA.az-ın əməkdaşı bank üzrə ekspert Əkrəm HəsənovAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, Consulting “VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru, iqtisadçı Vüqar Oruc ilə müzakirə edib.

Əkrəm Həsənov: “İpoteka kreditləri dövlət hesabına verildiyi və güzəşt olduğu üçün sui-istifadə hallarının olmaması üçün şəffaf olmalıdır. Yəni ipoteka kreditinin verilməsi haqqında kiminsə məlumatı Fondun internet saytında görünməlidir. Burada heç bir bank sirri olmamaldır”.

Bütövlükdə Azərbaycanda ipoteka kreditlərinə ehtiyacın böyük olduğunu xatırladan bank üzrə ekspert Əkrəm hədənov mövzu ilə bağlı PİA.az-a bildirib ki, bu baxımdan Fonda ayrılan vəsaitlərin artırılması müsbət haldır:

“Əslində bu məsələ texniki xarakter daşıyır. Dövlət İpoteka Kreditləri və Zəmanət Fonduna vəsait ayıraraq həmin vəsaiti quruma borc kimi verməyib. Vəsait Fondun kapitalına yerləşdirilib ki, Fond daha çox ipoteka kreditləri verə bilsin. Bütövlükdə isə Azərbaycanda ipoteka kreditlərinə ehtiyac böyükdür. Bu baxımdan Fonda ayrılan vəsait təqdirə layiq məsələdir.

Amma İpoteka Kreditləri və Zəmanət Fondundan narazılıq çoxdur. Bunun da əsas səbəbi odur ki, Fondun fəaliyyəti qeyri-şəffafdır. Yəni bilinmir ki, Fond hansı vətəndaşlara kredit verir, hansı vətəndaşlara kredit vermir. Bu problem var. Amma problemin çox sadə yolu var. İpoteka kreditləri dövlət hesabına verildiyi və güzəşt olduğu üçün sui-istifadə hallarının olmaması üçün şəffaf olmalıdır. Yəni ipoteka kreditinin verilməsi haqqında kiminsə məlumatı Fondun internet saytında görünməlidir. Burada heç bir bank sirri olmamaldır.

Əkrəm Həsənov: “Fondun kapitalı artırılması çox yaxşı haldır, amma fəaliyyəti də şəffaflaşdırılmalıdır”.

Hamı görməlidir ki, məsələn bu ay ərzində 100 nəfər müraciət etmişdi və o min nəfərdən 10 nəfərə ipoteka krediti verilib. Həmçinin göstərilməlidir ki, vətəndaşa niyə, hansı səbəbdən imtina edilib və niyə kredit verilib. Həm də hansı evlərin alınması da göstərilməlidir ki, saxta kredit olmasın. Sübut olunmalıdır ki, vətəndaşın əsl məqsədi kredit götürmək deyil, ev almaqdır. Hamı bilməkdir ki, həmin şəxs o evdə yaşayır ya yox.

Çünki elə hal olur ki, ipoteka krediti alan şəxslər içlərində olanlara ev lazım olmur. Həmin şəxslərə hansısa biznes üçün pul lazımdır. Buna görə də ucuz kredit axtarır. Gedib dostunun-tanışımın guya ki, evin alır. İpoteka kreditindən isə uzunmüddətli aşağı faizlə istifadə edir. Bütün bu işlər şəffaflığa bağlıdır.

Vüqar Oruc: “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti tam qənaətbəxşdir”.

İpoteka və Kredit Zəmanət Fondu yaranandan sonra daşınmaz əmlak bazarında müəyyən canlanmanın yarandığını vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, ipotekaya verilən mənzillər bazarda müəyyən inkişafın, dinamikanın formalaşması üçün stimul olub. Bu da ölkə iqtisadiyyatının inkişafına təsir göstərən amildirr:

“İlk öncə qeyd edim ki, mən sualın mahiyyəti ilə tam razı deyiləm və hesab eləmirəm ki, vətəndaşlar Fondun fəaliyyətindən narazıdırlar. Narazılar ola bilər, bu təbiidir. Amma bütövlükdə İpoteka və Kredit Zəmanət Fondu yarandığı andan dövlət rəhbərliyinin yeritdiyi sosial siyasətin birmənalı şəkildə həyata keçirilməsi üçün müvafiq addımlar atır. Bildiyimiz kimi ildə bir dəfə Fond tərəfindən müxtəlif məbləğ ayrılır, banklarla müqavilə bağlanılır. Bu məbləğlər sosial proyektlərin həyata keçirilməsi istiqamətində xərclənir. Nəticədə minlərlə Azərbaycan vətəndaşı sosial ipotekalardan bəhrələnə bilirlər. Yəni sosial durumu yaxşı olmayan və gənc ailələrin mənzil sahib olması üçün Fond imkanları daxilində hər şeyi edir.

Hesab edirəm ki, Prezidentin İpoteka və Kredit Zəmanət Fondu barədə verdiyi fərman fondun daha da güclənməsinə və inkişafına səbəb olacaq. Onu da qeyd edim ki, əgər hər hansı işlərin nöqsanları barədə fikirlər yürüdülürsə, demək ki, orada fəaliyyət var. Yəni harda fəaliyyət varsa, orada müəyyən çatışmamazlıqlar da mövcuddur. Bu da təbiidir. Çünki hamının görünən işlərdən razı qalması mümkün deyil. Həmçinin də əgər biz hansısa qurumun fəaliyyətini qiymətləndiririksə, bu zaman qurumun ayrı-ayrı fəaliyyətini yox, bütövlükdə fəaliyyətinin istiqamətləndiyi sahələrə diqqət etməliyik.

Vüqar Orucov: “Əgər biz hansısa qurumun fəaliyyətini qiymətləndiririksə, bu zaman qurumun ayrı-ayrı fəaliyyətini yox, bütövlükdə fəaliyyətinin istiqamətləndiyi sahələrə diqqət etməliyik”.

Mən başqa məqamı da qeyd etmək istəyirəm. İpoteka və Kredit Zəmanət Fondu yaranandan sonra daşınmaz əmlak bazarında müəyyən canlanma yarandı. Yəni ipotekaya verilən mənzillər bazarda müəyyən inkişafın, dinamikanın formalaşması üçün stimul olub. Bu da ölkə iqtisadiyyatına təsir göstərən amildir. Çünki ölkə iqtisadiyyatı bundan udur. Buna görə də hesab edirəm ki, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti tam qənaətbəxşdir. Fondun uğurlu gələcəyi üçün həm ölkə prezidenti, həm də fond rəhbərliyi müəyyən addımlar atır və bu addımların davam edəcəyi gözləniləndir.

Onu da qeyd edim ki, vətəndaşların mənzillərinin qiymətləndirilməsində aparılan bütün proseslər şəffafdır. Banklar kreditin ayrılmasında və İpoteka Fondu da ayrılan kreditdə maraqlıdır. Hər hansı bir problem olursa da, bunun üçün Fonda müraciət etmək lazımdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay