Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib

Müdafiə nazirinin tapşırığına əsasən Azərbaycan Ordusunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçular əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər Xiyabanındakı məzarını, sonra isə Bakının Nərimanov rayonunda ucaldılmış abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad edərək gül dəstələri qoyublar.

Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər A.Aqarunovun şərəfli həyat yolundan danışaraq, onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqları xatırlayıblar. Bildirilib ki, qəhrəmanımız öz vətəninin müstəqilliyi uğrunda canını fəda etmişdir.

Qeyd edək ki, Dağlıq Qarabağda döyüşlər başlayarkən könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci ilin may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay