Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nicat Şıxəlizadə: "Cüdo şahmat deyil, bizdə sağlam rəqabət var" 

PİA.az Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə 66 kq çəki dərəcəsində bürünc medal qazanmış Azərbaycan cüdoçusu Nicat Şıxəlizadənin "Report"a müsahibəsini təqdim edir:

- Uzun müddətdən sonra beynəlxalq yarışda medal qazandınız. Hansı hissləri keçirirsiniz?

- Uzun müddətdir özümü toparlayıb nəticə verə bilmirdim. Amma yarışlarda məğlub olmağıma baxmayaraq, özümü gücsüz və zəif hiss etməmişəm. İnanırdım ki, hansısa turnirdə yenidən medal əldə edəcəyəm. O da Türkiyədəki Böyük Dəbilqəyə qismət oldu.

- Püşkdə Orxan Səfərovla eyni qrupa düşdüyünüzü gördükdə nə düşündünüz?

- Orxan komanda yoldaşım olmaqdan əlava, həm də dostumdur. Təbii ki, mən də istəməzdim o cür qarşılaşaq. Amma bu, idmandır.

- Doğrudanmı aranızda amansız rəqabət var, yoxsa siz də şahmatda Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov kimi bir-biri ilə görüşəndə heç-heçəyə razılaşdıqları kimi, qızıl xalı gözləyirsiniz?

- Mən elə düşünmürəm. Bizim idman növü şahmat deyil (gülür - red.). Bizdə sağlam rəqabət var və davam edir. O da ancaq yarışda olur. Həyatda isə dost və qardaşıq.

- Elə isə görüşün qızıl xaladək uzanmasının səbəbi nə idi: Bir-birinizin döyüş üslubuna bələd olmağınız?

- Bəli, elə də demək olar. Həm də Orxan Səfərov zəif idmançı deyil ki, asanlıqla qalib gələsən.

- Eyni çəkidəki iki idmançı reytinqdə bir-birinə yaxın olanda, olimpiadaya lisenziyanın sahibini müəyyənləşdirmək üçün bəzən onların arasında xüsusi görüş keçirir. Böyük Dəbilqədəki duelinizi belə görüşlərdən biri adlandırmaq olar?

- Xeyr. Düşünürəm ki, bizdə reytinqdə kim öndədirsə, o da olimpiadaya gedəcək. Amma həyatdır, hər şey ola bilər. Hazırda ikimiz də lisenziya qazanmışıq. Kimin qismətində varsa, o da Tokio Yay Olimpiya Oyunlarına gedəcək.

- Orxan Səfərovun 66 kq-a keçməsi şəxsən sizə və çıxışlarınıza necə təsir etdi?

- Mənim üçün rəqibin fərqi yoxdur. Sadəcə, bir çəkidə iki lisenziya sahibi var, amma yalnız birimiz olimpiadada iştirak edə bilərik. Kimin haqqıdırsa, o da gedəcək.

- Düşünmürsünüz ki, 2007-ci ildə dopinq qalmaqalına görə uzun müddət yarışlardan kənarda qalmağınız karyeranızın daha yaxşı alınmasına maneçelik törətdi?

- Əlbəttə. Həmin dövrlərdə daha böyük nailiyyətlər qazana bilərdim. Həm də çox cavan idim. Hazırda isə yaş öz sözünü deyir.

- Yarımfinalda yaponiyalı ikiqat dünya çempionu Hifumi Abeyə uduzdunuz. Azərbaycan cüdoçularının Yaponiya təmsilçilərinə qarşı sindromu nə vaxt aradan qalxacaq?

- Hamı bilir ki, yaponiyalı cüdoçular çox güclüdür. Buna baxmayaraq, bəzi çəki dərəcələrində bizim cüdoçular da onları məğlub edə bilib.

- Artıq 33 yaşınız var. Demək olarmı ki, vəsiqə qazanacağınız təqdirdə, Tokiodakı olimpiada sizin üçün sonuncu olacaq?

- Bəli. Qismət olsa, sonuncu dəfə Yay Olimpiya Oyunlarında iştirak edəcəyəm. Nəticənin necə olacağını isə zaman göstərəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar