Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Əliyev: "Bu məğlubiyyətdən ən pis olan, ən çox əziyyət çəkən özüməm"

"Sevinirəm ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Həqiqətən də, bu yarışda finala çıxmaq mənim üçün çox önəmli idi və bunu bacardım. Federasiyamız başda olmaqla, bütün əziyyəti olan məşqçilərimə təşəkkür edirəm".

"Report"un məlumatına görə, bunu Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirindəki çıxışı barədə danışarkən deyib.

3 qat dünya və 3 qat Avropa çempionu yarışa tam hazır vəziyyətdə qatılmadığını bildirib: "Yarışdan iki ay öncə gözümdən ağır əməliyyat keçirmişdim və turnirə qatılmağım sual altında idi. Buna baxmayaraq, həkimlərin də məsləhəti ilə bu yarışa gəldim və mənə lazım olan işi gördüm. Qalibiyyət də, məğlubiyyət də Allahdandır. Bizlər sadəcə, mübarizə aparırıq. Mənə hər zaman dəstək olduğunuz üçün sizlərə təşəkkür edirəm".

Hacı Əliyev finalda Ermənistan təmsilçisi Vazgen Tevanyana uduzmasından da danışıb: "Bilirəm ki, bu məğlubiyyət hər kəs üçün pis oldu. Amma inanin ki, ən pis olan, ən çox əziyyət çəkən yenə də özüməm. Olimpiadada görüşənədək". Allah mənə güc və səbr versin".

Qeyd edək ki, Hacı Əliyev Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı 65 kq çəki dərəcəsində qazanıb.

pia.az 


Etiket: Hacı Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ən çox oxunanalar