Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavini: “Şamaxı, Göygöl, Ağstafada istismar edilən radiolokatorlar köhnəlib”

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin modernləşdirilməsi üzrə mühüm proqramın realizə edilməsi çərçivəsində ŞamaxıGöygöldə radarların o cümlədən Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin istismara verilməsi ilə bağlı bütün işlər bu ilin mart ayının ortalarına qədər başa çatdırılacaq.

Bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, Milli Hidrometeorologiya Xidmətinin modernləşdirilməsi prosesi dövlət investisiya layihələri çərçivəsində aparılır:

“Dövlət investisiya layihələri çərçivəsində bu proqramın ilkin mərhələsində yaradılmaqda olan inteqrə edilmiş milli erkən xəbərdarlıq sisteminin aparıcı bəndini təşkil edən iki yeni dopler meteoradar alınıb. Belə kompleks yanaşma Azərbaycanın iqtisadiyyatının havadan asılı sektorlarının və əhalisinin tələblərinə daha dəqiq cavab vermək imkanını təmin edəcək.

Hidrometeoroloji müşahidə şəbəkəsində 40 ildən artıq bir dövrdə Şamaxı, Göygöl, AğstafaŞəkidə istismar edilən MRL-5 tipli meteorololoji radiolokatorlar mənəvi və fiziki cəhətdən köhnəlib, bugünkü gün üçün onların texniki resursları tam tükənib. Qeyd etmək lazımdır ki, 1980-ci illərdə Qarabağ ərazisində - Füzuli, Zəngilan, Ağdərə və Xankəndində də MRL-5 tipli radiolokatorlar fəaliyyət göstərirdi.

MRL-5-lərin mənəvi cəhətdən köhnəlməsi, onların kütləvi istehsalolunma müddətindən (keçən əsrin 70-ci illərinin sonları) keçən zaman ərzində radiometeoroloji texnologiyaların çox irəli getməsi ilə izah olunur. Qütbləşdirilmiş emal metodlarının tətbiq edilməsi əldə olunan məlumatların siyahısını əhəmiyyətli dərəcədə artırır ki, bu da meteoroloji obyektlərin dinamik xüsusiyyətləri ilə bərabər, həm də mikrofiziki strukturunun xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. Müasir dopler meteoradarları təhlükəli hava hadisələri barədə operativ radiometeoroloji məlumatların alınması üçün nəzərdə tutulub”.

Radarların istismara verilməsi üzrə işlərin nə zaman başa çatacağı ilə bağlı sualı isə nazir müavini belə cavablandırıb:

ŞamaxıGöygöldə radarların, o cümlədən Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin istismara verilməsi ilə bağlı bütün işlər bu ilin mart ayının ortalarına qədər başa çatdırılacaq. Hazırda bütün radarlar quraşdırılmış və indiki dövrdə əsas məsələ Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin işə salınmasıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Ən çox oxunanalar