Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maradonanın ölümü: İstintaq kimlərdən və nədən şübhələnir?

İstintaq orqanı mərhum futbolçu Dieqo Maradonanın ölümünü araşdırır.

Novator.az saytı CNN kanalına istinadla xəbər verir ki, istintaqı Argentina paytaxtı Buenos-Ayres ətrafında yerləşən San-İsidro dairəsinin prokurorluğu aparır.

Maradona vaxtilə San-İsidroda yaşayıb.

Prokurorluğu maraqlandıran əsas məsələ Maradonanın ölümündə kimlərinsə səhlənkarlığının, yaxud vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinin rol oynayıb-oynamadığını müəyyən etməkdir.

CNN kanalının istintaqla bağlı yeni xəbərində bir psixoloq və iki tibb bacısının da istintaqa cəlb olunduğu bildirilir.

Hələ ki, heç kimə qarşı rəsmi ittiham irəli sürülməyib.

İstintaqa cəlb olunan psixoloq Karlos Dias CNN-ə açıqlamasında deyib: “Mənim işim Maradonanı asılılıqdan xilas etmək idi, terapiya prosesinin ortasında isə o öldü. Mən onunla işimi davam etdirmək istərdim. Heç nəyə görə özümü günahlandırmıram”.

Prokurorluğun vəzifə səlahiyyətlərindən sui-istifadə ehtimalı ilə istintaqa cəlb etdiyi tibb bacılarından Gizela Madrid də heç bir qanunsuzluğa yol vermədiyini bildirib. Onun vəkili Rodolfo Bake də Gizela Madridin Maradonanın ölümünə görə heç bir məsuliyyət daşımadığını söyləyib.

İstintaqa cəlb olunan digər tibb bacısı Rikardo Almiron CNN-in suallarını cavablandırmayıb.

Neyrocərrah Leopaldo Luke və psixiatr Aqustina Kosaçyeva da istintaq altındadırlar.

Leopaldo Luke prokurorluğa ifadəsində deyib ki, həkim kimi borcunu yerinə yetirib, ehtiyatsızlığa, diqqətsizliyə yol verdiyini düşünmür.

Leopaldo Lukenin vəkili Xulio Rivas etiraf edib ki, neyrocərrahın əlində guya Mardonanın imzaladığı, əslində isə saxta imzalardan ibarət sənədlər olub. Vəkil həmin sənədlərin neyrocərrahın nəyinə gərək olduğunu aydınlaşdırmayıb.

Amma saxta sənədlərin Leopaldo Lukeyə Maradonanın başından əməliyyat olunduğu xəstəxanadan tibbi qeydləri götürməyə imkan verdiyi bəllidir.

Maradona ölümündən bir qədər əvvəl başından əməliyyat olunub.

Psixiatr Aqustina Kosaçyeva da hər hansı ittihamı qəbul etmir. Onun vəkili Vadim Mişançuk CNN-ə deyib ki, Aqustina Kosaçyeva bir həkim kimi əlindən gələni edib.

Prokurorluqdan Aqustina Kosaçyevaya elan ediblər ki, o, digər cinayət əməlində – ideoloji yalanda şübhəli bilinir. Aqustina Kosaçyevanın Maradonanın ölümündən bir ay əvvəl – oktyabrın 20-də onun sağlam olduğu barədə sənədi imzalamağa hazırlaşdığı ehtimal edilir. Amma həmin gün psixiatr futbolçunun evinə getməyib. Aqustina Kosaçyevanın vəkili bildirib ki, onun müvəkkili heç bir saxta sənəd imzalamayıb.

Prokurorluq yaxın vaxtda tibbi ekspertlərin iştirakı ilə məşvərət keçirməyi planlaşdırır. Məqsəd həkimlərin vəzifə səlahiyyətlərindən sui-istifadə edib-etmədiyi, bunun futbol ulduzunun ölümündə rol oynayıb-oynamadığı haqda suallara ekspert cavablarını dinləməkdir.

Dieqo Maradona noyabrın 25-də ürək tutmasından vəfat edib.

1960-cı il oktyabrın 30-u Argentinada doğulan Dieqo Maradona 1976-cı ildən ölkəsinin “Arxentinos Xuniors”, 1981-ci ildən “Boka Xuniors” klublarında, 1982-ci ildən İspaniyanın “Barselona”, 1984-cü ildən İtaliyanın “Napoli”, 1992-ci ildən İspaniyanın “Sevilya” komandalarında oynayıb, 1993-cü ildə Argentinanın “Nyuells Old Boyz” klubunun, 1995-1997-ci illərdə yenidən “Boka Xuniors” komandasının formasını geyinib.

1977-1994-cü illərdə Argentina milli komandasında çıxış edən Dieqo Maradona 1986-cı ilin dünya çempionudur.

2008-2010-cu illərdə Argentina yığmasının baş məşqçisi olub.

Maradonanın ölümündən sonra Argentina prezidenti Alberto Fernandes ölkədə üç günlük matəm elan edib. Futbolçuyla vida mərasimi prezident sarayında keçirilib.

Maradona Buenos-Ayres yaxınlığındakı qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

NATO-nun Baş katibi Rusiya ilə dialoqun bərpasını zəruri adlandırıb

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Ən çox oxunanalar