Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva Qarabağ problemini Türkiyə ilə birlikdə həll etmək istəyir? - Bu nə qədər inandırıcıdır...

Medvedev Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir deməklə nəyə işarə etdi?..

Politoloq: “Medvedyevin dediyi əslində Rusiyanın real hadisələrlə barışması deməkdir. Bu gün Cənubi Qafqazda baş verənlər bir daha onu deməyə əsas verir ki, dünənə qədər Rusiyaİran Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki roluna qısqanclıqla yanaşırdılar”.

“Bu gün biz Azərbaycanın Şimal və Cənub qonşusunun Türkiyənin Cənubi Qafqazdakı mövqe ilə hesablaşdığının şahidiyik”.

Bu sözləri politoloq Zaur Məmmədov Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin “Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir”, fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev yerli KİV-ə müsahibəsində deyib ki, “Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir. Regionun reallığı belədir”.

“Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Azərbaycan üçün çox yaxın ölkədir. Bu faktı nəzərə almamaq mümkün deyil”, - deyə D. Medvedev Türkiyənin Qarabağ münaqişəsinin nizamlanmasındakı rolu ilə bağlı suala cavabında bildirib.

Medvedyevin sözlərinə görə, Moskva və Ankara arasında məhsuldar dialoq qurulub, iki ölkənin prezidentləri bu mövzu ilə bağlı daim danışıqlar aparıblar:

“Türkiyə və Rusiya hərbçilərindən ibarət xüsusi nəzarət mərkəzinin yaradılması haqqında qərar qəbul olunub. Bu da ümumi sabitləşmənin elementidir. Ancaq bunu hansısa uzunmüddətli siyasətin bir elementi kimi qiymətləndirməzdim və ya burada konspiroloji nəzəriyyələrdən birini qurmazdım. Sadəcə regionda mövcud olan reallıqları nəzərə almalıyıq. Və reallıqlar elədir ki, bu gün bu məsələ Türkiyədən olan tərəfdaşlarla müzakirə edilməlidir”.

Rusiyanın prezidenti, baş naziri olmuş və təcrübəli siyasətçi kimi tanınan Medvedyevin bu açıqlamasını necə dəyərləndirmək olar? Demək olarmı ki, Moskva Qarabağ problemini Türkiyə ilə birlikdə həll etməyə isti baxır?

Türkiyə və Rusiyanın Qarabağ problemindəki birgə fəaliyyətlərini PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubun sədri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Bundan sonra Ankara və Moskva arasında aktiv olaraq Cənubi Qafqaz dialoqu davam edəcək”.

Dünənə qədər Rusiyaİranın Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki roluna qısqanclıqla yanaşırdılarını vurğulayan politoloq PİA.az-a bildirib ki, daha əvvəl ruslar Ankaranı Cənubi Qafqazdakı prosseslərə daxil olmağa imkan vermirdi. Amma 44 günlük müharibə Türkiyənin regiondakı mövqeyini gücləndirdi:

“Medvedyevin dediyi əslində Rusiyanın real hadisələrlə barışması deməkdir. Bu gün Cənubi Qafqazda baş verənlər bir daha onu deməyə əsas verir ki, dünənə qədər Rusiyaİran Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki roluna qısqanclıqla yanaşırdılar. Ümumiyyətlə onlar Ankaranı Cənubi Qafqazdakı hadisələrə daxil olmağa imkan vermirdi. Amma 44 günlük müharibə Türkiyənin regiondakı mövqeyini gücləndirdi.

Bu gün biz Azərbaycanın Şimal və Cənub qonşusunun Türkiyənin Cənubi Qafqazdakı mövqe ilə hesablandığının şahidiyik. Bu da Azərbaycanın və Türkiyənin uğurunun nəticəsidir. Bundan sonra Ankara və Moskva arasında aktiv olaraq Cənubi Qafqaz dialoqu davam edəcək. Eyni zamanda təbii ki, Ankara-Tehran münasiblərinə Cənubi Qafqazdakı hadisələr təsirsiz ötüşməyəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar