Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın ailəsi Moskvada təhqir edildi: "Satqınlar, əclaflar"

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan və qızları Moskva aeroportunda qalmaqalla üzləşiblər.

PİA.az xəbər verir ki, bu barədə “Mediaport” teleqram kanalı bildirib.

Qeyd edilir ki, hadisə ilə əlaqədar aeroportun gəlmə zalında təxliyə elan olunub.

Məlumata görə, bundan əvvəl Rusiyanın erməni icmasının nümayəndələri, rəsmiləri zorla aeroportun görüş zalına soxulublar və Anna Akopyanı, qızları Şuşan və Marianı təhqiredici "satqınlar" ifadəsi ilə qarşılayıblar.

Nikol Paşinyanın Ermənistanın Rusiyadakı səfiri vasitəsilə ailə üzvlərinin təhlükəsizliyini təmin etməyi xahiş etdiyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları təxliyə elan ediblər və zala girişi bağlayıblar.

Paşinyanın arvadı və qızları ehtiyat çıxış qapısı vasitəsilə avtomobillərə qədər müşayiət edilib. Erməni icmasının üzvləri onları "satqınlar, əclaflar" şüarları ilə yola salıblar.

Daha əvvəl teleqram kanal bildirib ki, Paşinyanın arvadı və qızları 10 silahlı mühafizəçinin müşayiəti ilə Rusiya vətəndaşlığını almaq üçün Moskvaya gedib.

“Mediaport” qeyd edib ki, Anna Akopyan və qızları Moskvada ermənilərdən birinə məxsus oteldə qalırlar. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar