Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maska taxmayanlar şöbəyə aparılır? - DİN-dən tövsiyə

Feysbuk sosial şəbəkəsində İmamət İsmayılova adlı şəxs polisin onun qonşusunu əsassız bölməyə apararaq protokol yazması barədə ittihamlar səsləndirməsi müzakirəyə səbəb olub.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxslə əlaqə saxlanılaraq, məlumat dəqiqləşdirilib. Məlum olub ki, İ.İsmayılovanın qonşusu Aydın Məmmədov Suraxanı rayon ərazisində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyinə görə barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Suraxanı RPİ 32-ci PB əməkdaşları tərəfindən tərtib olunan inzibati xəta haqqında protokol tam əsaslıdır, hər hansı hüquq pozuntusu yoxdur.

Tövsiyə edirik ki, sosial şəbəkə istifadəçiləri polis haqqında hər hansı məlumatı tirajlayarkən diqqətli olsunlar. Çünki sosial şəbəkələrdə “fakt” kimi təqdim olunan, feyk xəbərlər dəqiqləşdirilməklə yoxlanılır. Feyk xəbərlər əsasən saxta, manipulyasiya məqsədilə yaradılan hesablarda paylaşılaraq, həqiqət kimi təqdim olunur. Buna ənənəvi mediadan fərqli olaraq sosial media istifadəçilərinin paylaşımlarında daha çox rast gəlinir.

Daxili işlər orqanlarının fəaliyyəti insanların həyat və sağlamlığının qorunmasına xidmət edir. Pademiya şəraitində vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - Yenilənib

Ən çox oxunanalar